Günlərin biri Hz. Əzrail Peyğəmbərin (s.ə.s) ziyarətinə gəlir. Peyğəmbər (s.ə.s) ondan soruşur; " Ey Əzrail! Bu vaxta qədər Allahın əmri ilə canını aldığın insanlardan rəhmin gəldiyi oldumu?".
Əzrail deyir;" Bəli, ey Allahın Peyğəbəri, iki dəfə canını aldığım şəxslərə rəhm etmisəm. Günlərin biri dənizdə fırtına qopdu. Gəmi qərq oldu, içindəki hamilə qadından başqa, sərnişinlərin hamısı həlak oldu. Qadın taxta parçasının üzərinə çıxdı və uşağı dünyaya gətirdi.
Uşağa süd vermək istədikdə Allah-Təala onun canını almağımı və uşağın dalğaların arasında qalmasını əmr etdi. Bax, o zaman birinci dəfə urəyim yandı. İkinci dəfə Şəddad ibn Adlı şəxsə yandı. O, illərlə yığdığı qiymətli daş-qaşlardan böyük bir saray tikdirdi. Onun tikdirdiyi bu saray Şəddad bağı kimi dillər əzbəri oldu. Saray tikilib baça çatdıqdan sonra Şəddad ibn Ad vəzirləri ilə birlikdə onu görməyə getdi. Amma ayağına yüyəndən təzəcə götürmüşdü ki, Allah onun canını almağımı əmr etdi. O zaman həmin şəxsə urəyim yandı və bu rəhm etdiyim ikinci dəfə oldu".
Peyğəmbər (s.ə.s) Hz. Əzrail ilə söhbət edərkən Hz. Cəbrail nazil olaraq buyurur:" Ey Muhəmməd! Allahın sənə salam göndərir və Öz izzət və cəlalına and verərək and içərək buyurur ki, Şəddad ibn Ad dənizdə dünyaya gələn həmin uşaqdır. Onu dənizin təlatümündən xilas edib ata-anasız tərbiyə etdik, böyüdüb, boya-başa çatdırdıq. Amma bütün bunlara baxmayaraq, o, yaxşılıqlara göz yumub təkəbbürlük etdi. Bunun üçündə Biz onun zahiri izzət böyüklüyünü rəzil etdik".
" Küfr edənlər onlara verdiyimiz möhləti özləri üçün xeyrli sanmazlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaq üçündür. Onları alçaldıcı bir əzab gözləyir"
("Ali-imran" surəsi, ayə 178)
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar