Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha Dua

Mən Allahdan qürurumu almağı xahiş
etdim, O isə «yox» dedi. O dedi ki,
qüruru almırlar, ondan imtina etmək
lazımdır.
Mən Allahdan yatağa məhkum
olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə «yox» dedi. O
dedi ki, səbr əziyyətlərin nəticəsidir.
Onu vermirlər, onu qazanmaq
lazımdır.
Mən Allahdan mənə xoşbəxtlik nəsib
etməsini dilədim, o isə «yox» cavabını verdi. Allahım dedi ki, «Mən sənə
xeyir-dua verirəm», xoşbəxt olub-
olmamaq isə sənin öz əlindədir.
Mən Allahdan məni ağrıdan, acıdan
uzaq etməsini dilədim, o isə «yox»
dedi. Allahım dedi ki, «ağrı, acı insanı dünya problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır.»
Mən Allahdan mənim başqalarını onun
məni sevdiyi kimi sevməmi dilədim.
Allahım dedi: " Nəhayət ki, sən nəyi
diləmək lazım olduğunu bildin".
Mən Allahdan güc istədim, o mənə əziyyət göndərdi ki, mən bir az da
möhkəmlənim.
Mən Allahdan müdriklik istədim, o
mənə problemlər verdi ki, mən onlar
üzərində düşünüm.
Mən Allahdan cəsarət istədim, o mənə təhlükə göndərdi.
Mən Allahdan sevgi istədim, o mənə
ehtiyacı olanları göndərdi.
Mən səadət istədim, o mənə imkan
yaratdı.
Mən dilədiyim heç bir şeyi almadım. Mən mənə lazım olanları aldım.
Allah mənim dualarıma diqqət yetirdi…


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar
loading...