Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanların ən pisi – özlərini peyğəmbərlərin yolunu getdiyini yalandan iddia edenlərdir

Müslimin “Səhih”ində Əbu Hüreyradan rəvayət edilir ki, Allahın Rəsulu (sav) buyurub: “Həqiqətən Qiyamət günü ilk hökm üç insana veriləcək. Müharibədə həlak olan kişini gətirəcəklər və ona göstərilən rəhməti təqdim edəcəklər və o onu təsdiqləyəcək. (Allah) soruşacaq: “Sən onu necə sərf etdin”. O deyəcək; “Mən Sənə görə ölənə qədər savaşdım”. Allah deyəcək: “Yalan deyirsən! Sən ona görə savaşırdın ki, sənə qoçaq desinlər və bu artıq deyilmişdir”. Sonra O əmr edəcək ki, onu üzü üstə sürüsünlər və Oda atsınlar. Sonra elm alan, Quranı öyrədib oxuyan kişini gətirəcəklər və ona göstərilən rəhməti təqdim edəcəklər və o onu təsdiqləyəcək. (Allah) soruşacaq: “Sən onu necə sərf etdin”. O deyəcək: “Mən Sənə görə elm aldım və onu öyrətdim, Sənə görə Quran oxudum”. Allah deyəcək: “Yalan deyirsən! Sən onu öyrənirdin ki, sənə alim desinlər və bu artıq deyilib. Sən Quranı oxuyurdun ki, sənə qiraətçi desinlər və bu da artıq deyilib”. Sonra O əmr edəcək ki, onu üzü üstə sürüsünlər və Oda atsınlar. Rəvayətlərin birində deyilir: “Bu Qiyamət günü Oda girəcək Allahın ilk məxluqatlarıdır”.

Mən şeyx-ul-islam ibn Teymiyyənın belə dediyini eşitmişəm: “Ən yaxşı insanlar peyğəmbərlərdir ən pislər –isə onlar kimi özlərini yalnız görsənənənlərdir, hansılar ki, insanlar zənn edirlər ki, onlar peyğəmbərlərin yolunu gedənlərə aiddirlər, halbuki bu belə deyil. Onlardan sonra ən yaxşı insanlar alimlər, şəhidlər, siddiqlər və salehlərdir, ən pislər isə onlara yalnız bənzəyənlər və insanlara onlardan olan kimi görsənənlərdir, halbuki bu belə deyil”.

Əl-Buxarinin “Səhih”ində Əbu Hüreyranın hədisi rəvayət edilir ki, Peyğəmbər (sav) deyib: “Üzərində nə dirhəmin, nə dinarın olmayacağı gündə tutulmamışdn öncə qardaşının mülkinə və ya namusuna qəsd edən ondan halallıq alsın. O zaman o onları savabları ilə ödəyəcək, əlbətdə əgər savabları varsa, əks halda o insanın günahları buna yüklənəcək, sonra o cəhənnəmə atılacaq”.


“Səhih”də Əbu Hüreyranın hədisi rəvayət edilir ki, Peyğəmbər (sav) deyib: “Haqqı olmadığı halda torpağın bir qarışını tutan Qiyamət günü yerin yeddinci qatına kimi girəcək.


Hər iki “Səhih”də həmçinin onun hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) deyib: “Sizin, Adəm oğullarının yandırdığı od Cəhənnəm odunun yalnız yetmişdə bir hissəsini təşkil edir”. Ona dedilər: “Vallahi elə bizim od da kifayət edərdi”. O dedi: “O bundan altımış doqquz hissə çoxdur və hər biri bu od kimi istidir”.


“Müsnəd”də Muazın aşağıdakı hədisi rəvayət edilir: “Allahın rəsulu mənə nəsihət etdi və dedi: ”Allaha heç bir şeyi şərik qoşma, hətta səni öldürsələr və ya yandırsalar belə və valideynlərinə hörmətsizlik etmə, hətta zövcənlə və mülkünlə ayrılmağı əmr etsələr belə. Fərz namazlarını qəsdlə buraxma, çünki fərz namazını qəsdlə buraxan Allahın mühafizəsindən məhrum olur. Sərxoşedici içkilər içmə, çünki onlar bütün pis əməllərin başlanğıcıdır. Asilikdən çəkin, çünki asilik Allahı qəzəbləndirir”.

Bu mövzuda hədislər qeyd etdiyimizdən daha çoxdur və özünə səmimi xeyir istəyən onlara gözünü yummamalı, asilik etməməli və Allahın rəhməti barədə xəyal qurmamalıdır.
Əbu əl-Vafa ibn Əkil deyib: “Bundan çəkinin və özünüzü bununla aldatmayın, çünki oğurlanan üç dirhəmə görə əl kəsilir, iynənin ucu boyda bir damcı şəraba görə isə şallaq vurulur. Qadın pişiyə görə Cəhənnəmə düşüb, oğurlanmış örtük isə şəhidin üzərində od tutub yanıb”.
Imam Əhməd deyib: Əbu Muaviyə bizə danışırdı ki, əl-Əmaş Suleyman bin Meysər ona Tarik bin Şihabdan aşağıda gətirilmiş hədisini rəvayət edib: “Bir milçəyə görə bir nəfər Cənnətə o biri isə Cəhənnəmə girdi”. Insanlar soruşdu: “Ey Allahın Rəsulu necə?!” O cavab verdi: “Bir vaxt iki nəfər səfərdə olduqda müşrik tayfaya əsir düşürlər. Onların bütü var idi ki, onun yanından ona nə isə qurban gətirmədən heç kəs keçə bilməzdi. Müşriklər müsafirin birinə dedilər: “Bir şey qurban et!” O dedi: “Axı mənim qurban gətirə biləcəyim bir şey yoxumdur”. Ona dedilər: “Heç olmasa milçəyi qurban et”. Milçəyi qurban gətirdikdə ona keçməyə izn verildi və sonra o Oda düşdü. Sonra onlar digər müsafirə dedilər: “Bir şey qurban et!” O dedi: “Mən Uca və Böyük Allahdan başqa heç kəsə qurban etmirəm”. Onun başını vurdular və o Cənnətə düşdü. Qul dediyi bir sözə görə məşriq və məğrib məsafəsindən də dərin Oda yuvarlana bilər.


Tarix: 12.04.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Maraqlı melumatlar
loading...