Peyğəmbər (sav) buyurmuşdur:
"Bir-birinizə qarşı həsəd aparmayın, malı satmaq üçün bir-birinizi aldatmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz çevirməyin, biriniz digərinin satışına qarışmasın və Allahın qardaş bəndələri olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçaltmaz və təhqir etməz". Sonra üç dəfə: "Təqva buradadır" deyərək: - əli ilə sinəsinə işarə edir. "Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır"
(Buxari: 10\ 484\ ? 6066. Müslim: 4\ 1986\ ? 2564.)
Həmçinin yol kənarında oturanlar haqda da hədis buyurulmuşdur. Peyğəmbər əshabəsinə yol kənarında oturmağı qadağan etmiş və yalnız yolun haqqını verdikdə buna icazə verərək buyurmuşdur:
«إِيَّاكُمْ وَالْجُلُوسَ فِي الطُّرُقَاتِ،» قَالُوا: يَا رَسُولَ اللَّهِ مَا لَنَا بُدٌّ مِنْ مَجَالِسِنَا نَتَحَدَّثُ فِيهَا، قَالَ رَسُولُ اللَّهِ r: «فَإِذَا أَبَيْتُمْ إِلاَّ الْمَجْلِسَ فَأَعْطُوا الطَّرِيقَ حَقَّهُ» قَالُوا: وَمَا حَقُّهُ؟ قَالَ: «غَضُّ الْبَصَرِ وَكَفُّ الأَذَى وَرَدُّ السَّلاَمِ وَالأَمْرُ بِالْمَعْرُوفِ وَالنَّهْيُ عَنْ الْمُنْكَرِ». أخرجه البخاري في صحيحه ومسلم.
"Yolların kənarında oturmayın!" səhabələr dedilər: Ey Allahın Elçisi! Bizə söhbət etmək üçün mütləq bir yer lazımdır. Peyğəmbər buyurdu: "Əgər siz oturmaqda israr edirsinizsə onda yolun haqqını verin" onlar: haqqı nədir? - deyə soruşdular. O buyurdu: "(naməhrəm qadınlara baxmamaqla) gözü qorumaq, insanlara əziyyət verməmək, salamı qaytarmaq, yaxşı (məruf) işləri əmr etmək və pis (münkər) işlərdən çəkindirmək"
(Buxari: 5\ 112\ ? 2465. Müslim: 3\ 1675\ ? 2121.)
Peyğəmbər buyurur:
«اضْمَنُوا لِي سِتًّا مِنْ أَنْفُسِكُمْ أَضْمَنْ لَكُمْ الْجَنَّةَ: اصْدُقُوا إِذَا حَدَّثْتُمْ، وَأَوْفُوا إِذَا وَعَدْتُمْ، وَأَدُّوا إِذَا اؤْتُمِنْتُمْ، وَاحْفَظُوا فُرُوجَكُمْ، وَغُضُّوا أَبْصَارَكُمْ، وَكُفُّوا أَيْدِيَكُمْ». أخرجه أحمد في مسنده وقال محققوه: حسن لغيره.
"Mənə nəfsinizdə olan altı işə zəmanət verin, mən də sizə cənnəti vəd edim. Danışanda doğru danışın, vəd verdikdə vədinizdə vəfalı olun, əmanəti sahibinə qaytarın, övrət yerlərinizi qoruyun, gözlərinizi (harama baxmamaq üçün) yumun və əllərinizi (başqalarına pislik etməkdən) çəkin"
(Əhməd: 5\ 323. Kitabın tədqiqatçıları hədisin həsən olduğunu deyiblər.)
Belə ədəb-ərkandan məqsəd müsəlmanın yaxşılığa vərdiş edməsidir. Ona hər gün yaxşılıq etmək tövsiyə edilir. Bu haqda Peyğəmbər (sav) buyurur:
"Bütün insanlar günəş doğduqdan sonra sədəqə verməlidirlər. (məs.) İki nəfərə ədalətli hökm kəsmək sədəqədir, kiməsə miniyində kömək etmək və onu miniyinin tərkinə mindirib aparmaq, yaxud yükünü miniyin üzərinə qaldırmaq sədəqədir. Yaxşı söz sədəqədir. Namaza gedərkən atdığın hər bir addım sədəqədir. Yolda camaata əziyyət verən maneələri təmizləmək sədəqədir"
(Buxari: 6\ 85\ ? 2891. Müslim: 2\ 699\ ? 1009.)
Bunlar, müsəlmandan hər gün tələb olunan yaxşılığın müxtəlif növləridir. Müsəlman hər gün bunların hansınısa etməlidir. Bir dəfə səhabələrdən biri Peyğəmbərdən (sav)hədisdə buyurduğu yaxşılıqların heç birini edə bilmədiyi haqda soruşduqda belə buyurmuşdu:
"Şər işdən əl çəkməsi də sədəqədir"
(Buxari: 3\ 307-308\ ? 1445. Müslim: 2\ 699\ ? 1008.)
Allah taala müsəlmanı yaxşılıq etməyə təşviq etmək üçün, öz müsəlman qardaşına kömək edənə, O isə ona kömək edəcəyini vəd etmişdir. Peyğəmbər (sav) buyurur:
"Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah taala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah taala də onun işini dünyada və axirətdə asanlaşdırar. Kim müsəlmanın eybini örtərsə, Allah taala həm dünyada, həm də axirətdə onun eybini örtər. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar"
(Müslim: 4\ 2074\ ? 2699.)
Tarix: 08.05.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar