1. Məscidül-Həram
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Məscidül-Həram dünyanın ən böyük məscid kompleksidir. İslam dünyasının əsas müqəddəs yeri və müsəlmanların qibləgahı sayılan Kəbə burada yerləşir. Kəbə ətrafında ilk məscid 638-ci ildə tikilib. Əl-Haram məscidinin ümumi sahəsi 357 min kvadratmetrdir. Məscidin hündürlüyü 95 metrə çatan 9 minarəsi var. 4 əsas qapıdan əlavə, məscidə 44 girişdən daxil olmaq mümkündür. Binada 7 eskalator, 500 mərmər sütun var. Kompleksdə eyni anda 850-900 min nəfər namaq qıla bilir. Lakin Həcc mövsümündə zəvvarların sayı göstərilən rəqəmi qat-qat üstələyir. Bəzi mənbələrə əsasən onların sayı 4 milyona çatır.
2. Məscidün-Nəbəvi
Dünyada ikinci böyük məscid Mədinə şəhərindəki Məscidül-Nəbəvidir. 622–ci ildə Məkkədən Mədinəyə hicrət edən Həzrət Məhəmməd (s) bu məscidi tikib və ömrünün sonunadək burada yaşayıb. Allah Rəsulunun (s) məzarı məscid kompleksinin ərazisində yaşıl günbəzin altında yerləşir. Müxtəlif tarixi dövrlərdə Əməvi, Abbasi və Osmanlı hökmdarları bu müqəddəs yerin təmiri, genişləndirilməsi və gözəlləşdirilməsi işində öz töhvələrini veriblər. Hazırda Məscidün-Nəbəvinin sahəsi 400 500 kvadratmetrdir. Kompleksə 105 metrlik 10 minarə daxildir. Burada 600 min nəfər ibadət edə bilər. Həcc zamanı bu say 1 milyona çatır. Qeyd edək ki, gələcəkdə həm Məscidül-Həramın, həm də Məscidün-Nəbəvinin daha da genişləndirilməsi planlaşdırılır.
3. İmam Rza ziyarətgahı
818-ci ildə İranın Məşhəd şəhərində tikilən İmam Rza ziyarətgahı dünyanın üçüncü böyük müsəlman ibadət yeri sayılır. Kompleks Abbasi xəlifəsi əl-Məmun tərəfindən şəhid edilən səkkizinci şiə imamı Əli ər-Rzanın (ə) məzarı ətrafında tikilmişdir. Məbədin sahəsi 267 079 kvadrat metrdir. Lakin həyətləri ilə birgə kompleksin ümumi sahəsi 598 657 kvadratmetrə çatır. Burada 700 min nəfər ibadət edə bilər.
4. Kral Feysəl məscidi
1986-cı ildə Pakistanın paytaxtı İslamabadda türkiyəli memar Vədat Dalokayın layihəsi əsasında tikilən məscid 5 min kvadratmetr sahəni əhatə etsə də, onun ibadət zalında 10 min nəfər, sütunlu eyvanlarında 24 min nəfər, həyətində 40 min nəfər ibadət edə bilər. Beləliklə, burada eyni vaxtda 74 min nəfər namaz qıla bilər. Lakin məbədə bitişik ərazilərdə ibadət edənlərin sayını da nəzərə aldıqda ümumi rəqəm 300 minədək yüksəlir.
Məscid Səudiyyə Ərəbistanın keçmiş kralı Feysəl ibn Əbdüləziz əs-Səudun maliyyə dəstəyi ilə tikildiyindən, onun adını almışdır.
Onun tağ və günbəzləri yoxdur. Memarları belə qərara ruhlandıran isə bədəvi çadırı olmuşdur. İbadət yeri kənardan böyük üçbucağa bənzəyir. Məscidin 90 metr hündürlüyündə karandaş formalı 4 üçkünc minarəsi var.
5. Tac-ül-Məsacid
Hindistanın Bhopal şəhərində yerləşən bu möhtəşəm ibadət yeri ölkənin ən böyük məscidi sayılır. Adı ərəb dilində “məscidlərin tacı” deməkdir. Məscid XIX əsrdə Bhopalın hökmdarı Nəvab Şah Cahan Bequmun əmri ilə tikilməyə başlanıb. Atasının vəfatından sonra qızı məscid tikintisini öz üzərinə götürür, amma maliyyə çatışmamazlığı ucbatından iş yarımçıq qalır. Və yalnız 1971-ci ildə Əllamə Məhəmməd İmran Xan Nədvi Azəri Bxopal məscidin inşasına yenidən başlayır və tikinti 1985-ci ildə başa çatır.
Moğol memarlıq üslübunda tikilən, çəhrayı fasadlı, iki minarəli və üç günbəzli Tac-ül-Məsaciddə təqribən 175 min dindar namaz qıla bilər.
6. İstiqlal Məscidi
1978-ci ildə İndoneziyanın paytaxtı Cakartada tikilən məscidin sahəsi 95 min kvadratmetrdir. 90 metrədək ucalan cəmi bir minarəsi vardır. Burada 120 min nəfər eyni anda namaz qıla bilər.
7. II Həsən məscidi
1993-cü ildə Mərakeşin Kasablanka şəhərində Atlantik okeanın sahilində ucaldılıb. Memarı əslən fransalı olan Mişel Pinsodur. Məscidin şüşəli zalında 25 min nəfər, həyətində isə 80 min nəfər ibadət edə bilər. Beləliklə, ümumi tutumu 105 min nəfərdir. Yeganə minarəsinin hündürlüyü 210 metrdir.
8. Badşahi məscidi
Pakistanın Lahor şəhərindəki məscid 1673-cü ildə Moğol imperiyasının altıncı hökmdarı Övrəngzibin əmri ilə tikilmişdir. İbadət zalında 5000 min, həyət və eyvanlarında 95 minədək dindar ibadət etmək imkanına malikdir. Beləliklə, ümumi sahəsinin tutumu 100 min nəfərə bərabərdir. 54 metr hündürlüyündə 4 minarəsi vardır. Üç böyük qübbəsi və səkkizbucaqlı mərmər qübbəciklər istisna olmaqla, fasadı qırmızı qum daşından tikilmişdir.
9. Şeyx Zeyd məscidi
2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində tikilən məscid ölkənin qurucusu və ilk prezidenti şeyx Zeyd ibn Sultan ən-Nəhayyanın adını daşıyır. Qırx min nəfərin namaz qıla biləcəyi bu ibadət evinin sahəsi 22 412 kvadratmetrdir. Burada müxtəlif ölçülü 82 tikili və 115 metr hündürlüyündə 4 minarə vardır. Məscid iki rekord vurub: dünyanın ən böyük xalçası və çilçırağı buradadır. Xalçanın sahəsi 5627 kvadratmetrdir; 15 metr uzunluğu olan çilçırağın diametri isə 10 metrdir. 2004-cü ildə vəfat etmiş şeyx Zeydin sərdabəsi də məscidin həyətindədir.
10. Beytül-Mükərrəm Məscidi
1960-cı ildə Banqladeşin Dəkkə şəhərində tikilən bu ibadət yeri ölkənin milli məscidi sayılır. Kəbəyə bənzər şəkildə inşa edildiyindən Beytül-Mükərrəm, yəni Müqəddəs Ev adlandırılmışdır. Məscidin memarı Əbdül Hüseyn Tarianidir. Beytül- Burada 30-40 min nəfər namaz qıla bilər.
Tarix: 05.06.2013 / 22:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar