Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sələfin Həyatından İbrətlər (4)

Ya Rəbbim, Cəhənnəmdə oddan daha yüngül əzab yoxdurmu?

Məlik ibn Dinər (rahiməhullah) buyurur:

- Bir gün Kəbəni təvaf edərkən, Kəbənin pərdəsinə yapışıb dua edərək ağlayan bir qızcığaz gördüm. Həmin uşaq duasında deyirdi:
- “Ya Rəbbim, nə qədər arzu və istəklər vardır ki, onların ləzzəti artıq geridə qaldı. Onlar yox oldu, geriyə isə yorğunçuluq və peşmançılıq buraxdı.
Ya Rəbbim, Cəhənnəmdə oddan daha yüngül əzab yoxdurmu?”
Uşaq bunu deyib, hönkür-hönkür ağlayırdı.

[İbni Əbid Dunyə, ‘‘əl-Həmlu val Huzn’ kitabı; İbnul Cəuzi, ‘Sıfətus Safvə’ kitabı]


Tarix: 09.05.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...