Sual- İslam bankı səhm satır və hər bir səhmin dəyəri yüz on ABŞ dollarıdır. Buradan biz belə başa düşmüşük ki, sözügedən bank riba ilə ticarət etmir və səhmlərin satışından əldə olunan pullar hər hansı faiz (riba) müamilələrindən azad olan ticarət fəaliyyətlərində istifadə olunacaqdır. Daha sonra əldə olunan gəlir səhmdarlar arasında bölünəcəkdir. Ona görə də, harama düşmək qorxusundan sizdən xahiş edirik ki, bu cür əməlin haram və yaxud halal olmasına dair bizə fətva verəsiniz.
Cavab- Riba ilə ticarət etməyən banka səhm yatırmaq halaldır və bu səhmlərdən qazanılan gəlirlər haram olmayan (halal) ticarətdən qazanılmışdır, ona görə də halaldır.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.507, Fətva ? 4512
Elmi və Fətva araşdırma mərkəzi
Tarix: 06.04.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar