Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlama şəhid Anası

Ağlama şəhid anası...
Canından bir parça namərdin gülləsinəmi tuş gəldi? İllərdir Ana vətən dediyin torpaq övladını qurbanmı verdi? Dişindən,dırnağından kəsib böyütdüyün övladın gözlərinin önündə canmı verdi? Gündüzün gecəmi oldu?
Ağlama şəhid anası!!! Ağlama!!!
Sən oğul böyütdün,oğul deyirəm sənə... Elə oğul ki, Vətən uğrunda canından keçdi! Elə oğul böyütdün ki, düşmənə bu torpağın canı bahasına olduğunu sübut etdi! Sən elə oğul böyütdün ki, tankın qabağına keçdi... Düşmənin yolunu kəsdi... Həmdə ən şirin tək olan canı ilə, əmanət canını nəfəs aldığı,çörəyini yediyi torpağa verdi. Bir qarış torpağı namərd əlinə keçməsin deyə. Anası,bacısı qeyrəti düşmən əlinə keçməsin deyə...

Ağlama şəhid anası...
Gəlinliklə köçürmək istədiyin qızın ağ kəfənlə gedirmi çiyinlər üstündə? İllərdir toyunun xəyalını qurduğun qızın torpağın qoynunamı girir? Böyüməyini gözlədiyin qızın cavanlığını torpağamı qurban verdi?
Ağlama şəhid anası!!! Ağlama!!!
Sən qız deyil aslan böyütmüsən!!! Vətəni uğrunda gözünü qırpmadan canını verən! Sən qız deyil qeyrət böyütmüsən! Özünü atəşə atan! Sən qız deyil,MƏRD ÖVLAD BÖYÜTMÜSƏN!!!

Canından keçdi amma ölümsüzlüyün zirvəsinə ucaldı. İndi şərəflə yatır o torpaqda! Bizə əmanət verdiyi Vətəni uğurunda ŞƏHİDLİK zirvəsinə ucaldı bir anda... Tam 21 il keçir ANA düz 21 il. Amma sənin yaran ilk günki kimidir hələdə. Sən hər gecə ağlayaraq başını qoyursan yastığa. Sənin hər gün ürəyin yanır. Sənin yaran hər gün deşilir biraz daha, hər gün böyüyür... Amma ANA sən tək deyilsən. Biz hamımız sənin övladlarınıq. ANA sən tək deyilsən o sənin övladın deyil təkcə bu VƏTƏNİN övladıdır. Biz hər il ziyarət edirik onlara. Hər dəfə bizimdə içimizdə böyüyür Vətən SEVGiSi... Onların baş daşına baxdıqca nümunə olur namərd vətəndaşlara.
Ağlama!!! Ağlama şəhid anası!!! Ağlama!!!
Halal olsun ANA, sənin südün halal olsun həmən övlada...


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar
loading...