Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1181. Ətir
3850. Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.» (əl-Kafi, c.6, səh.510, hədis 3)
3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.» (Muhəctul-Beyza, c.8, hədis 105)
3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.» (Sunəni-Nəsai, c.8, hədis 189)
3853. İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.» (Nəhcül-Bəlağə, hikmət 400)
3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindəndir.» (əl-Kafi, c.6, səh.510, hədis2)
3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.» (əl-Kafi, c.6, səh.512, hədis18)
3856. İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.» (əl-Kafi, c.6, səh.510hədis7)
3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.» (əl-Kafi, c.6, səh.510, hədis4)
3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.» (əl-Kafi, c.6, səh.510, hədis1)
1182. Qadınların ətri
3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.» (əl-Kafi, c.6, səh.512, hədis17)
3860. Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.» (Sunəni-Nəsai, c.8, səh.153)
Tarix: 05.06.2013 / 22:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar