Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam namazı uzatmamalıdır. İmama tabe olmaq vacibdir...

İmama namazı uzatmamaq əmr olunur:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaata namaz qıldırarkən çox uzatmayın. Çünki onların arasında zəiflər, xəstələr və qocalar var. Özü tək qıldıqda namazı istədiyi qədər uzatsın»[1].

İmamın birinci rükəti uzatması:
Əbu Səid deyir ki, «Zöhr namazı başlayanda bir kimsə bəqiyə gedib öz ehtiyacını görər, sonra dəstəmaz alıb gələr və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hələ birinci rükəti qıldığını görərdi. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu rükəti uzadardı»[2].

İmama tabe olmaq vacib, onu ötmək isə haramdır:
Ənəs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etsə siz də təkbir edin. O səcdə etsə siz də səcdə edin. O duranda siz də durun...»[3].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər»[4].


[1] Buxari: 2/ 199/ ? 703. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 341/ ? 467. Əbu Davud: 3/ 11/ ? 780. Tirmizi: 1/ 150/ ? 236. Nəsai: 2/ 94.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 930. Müslim: 1/ 335/ ? 454. Nəsai: 2/ 164.
[3] Buxari: 2/ 173/ ? 689. Müslim: 1/ 308/ ? 411. Əbu Davud: 2/ 310/ ? 587. Tirmizi: 1/ 225/ ? 358. Nəsai: 3/ 98. İbn Macə: 1/ 392/ ? 1238.
[4] Buxari: 2/ 182/ ? 691. Bu onun rəvayətidir. Müslim: 1/ 320/ ? 427. Əbu Davud: 2/ 330/ ? 609. Tirmizi: 2/ 48/ ? 579. Nəsai: 2/ 96. İbn Macə: 1/ 308/ ? 961.


Tarix: 01.05.2013 / 18:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...