Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Canvermə Zamanı Əhli-Beyt (ə.s)-ın Iştirakı

Çox rəvayətlərdə zikr olunmuşdur ki,Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)və Əli(əleyhissalam),(bəzi digər rəvayətlərdə Fatimə,Həsən və Hüseyn(eleyhimussalam),bəzilərində isə 14 məsum)möminin ölümü zamanı onun başı üstə hazır olarlar.Əlbəttə,onların hur surətləri və misali cisimləri nəzərdə tutulur.(Bu məsələ sonra aydınlaşacaq.)Həzrət İİmam Rza(əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi.Həzrət onun görüşünə getdi.Həmin şəxs canvermə halında,gözlərini yummuş halda dedi-"İndi Allahın Rəsulu(səlləllahu əleyhi və alihi səllam),Əli(əleyhissəlam),Fatimə(əleyha salam),Həsən(əleyhissəlam) ve Hüseyn(əleyhissalam),ta İİmam Kazim(əleyhissalam)-adək məsumları görürəm."Həmçinin,"sizində nurlu sürətiniz görünür"dedi.Bir sözlə,aydındır ki,hər kəs ölüm zamanı Əhli-Beyt(əleyhimussalam)-ı görsə,onlara mərifəti,məhəbbəti qədər bəhrə aparar.Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki,Əmirəl-möminin Əli(əleyhissalam)buyurur-"Hər kəs ölüm zamanı bizi görəcəkdir,istər mömin olsun,istərdə kafir."Bəli bu görüş möminlər üçün nemətdir.Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir.Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar
loading...