Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin Əhli-Beytini bəyənilməyən əməllərdən çəkindirməsi

Günlərin bir günü Hz.Əli Hz.Fatiməyə qızıldan bir boyunbağı verdi.Hz. peyğəmbərimiz bunu görəndə Hz.Aişəyə xitabən:- “Ey, Aişə, hamının peyğəmbərin qızının boynunda atəşdən bir boyunbağı gördüm, demələrini qəbul edərsənmi?”.Bunu eşidən Hz.Fatimə boyunbağını satdırdı.İslam fəlsəfəsini bilənlərə məlumdur ki, Hz.peyğəmbərimiz və qızı Hz.Fatimə özlərini belə mənasız bərr-bəzək, özünü nümaiş və dəbdəbədən uzaq tutmuş və bəzilərinin pərəstiş etdikləri daş-qaşa dəyər verməkdən çəkinmişlər.

Səhih əl-Buxarinin “Kitabul-Hibəsin”də Abdullah bin Ömərdən belə rəvayət edilir:- Bir dəfə Hz. peyğəmbərimiz qızı Hz.Fatimənin evinə gəlir.Amma qapıdan içəri daxil olmadan geri dönür.Hz.Əli evə gələndə peyğəmbərimizin qapıya qədər gəldiyini, amma içəri girmədən geri döndüyünü və bunun səbəbini bilmədiyi üçün çox üzüldüyünü söylədi.Hz.Əli dərhal peyğəmbərdən bunun hikmət və səbəbini soruşdu.

Peyğəmbər:-“Mən Fatimənin qapısında elə pərdə gördüm ki, üzərində çoxlu rəsm və naxışlar vardı.Bunu bəyənmədiyim üçün geri döndüm.Mən mənimlə dünya arasında heç bir əlaqə yoxdur.Mənim bu qədər hədsiz bər-bəzəklə və faydasız israflarla əlaqəm yoxdur”-deyə buyurdu. Hz.Əli peyğəmbərin dediklərini Hz.Fatiməyə çatdırdı.Hz.Fatimə- “atam necə buyursa biz də elə edərik” -dedi.Hz.Əli bir də peyğəmbərimizin yanına gedib, nə edəcəklərini soruşanda, Hz.peyğəmbər- “Qızım Fatimə bu pərdəni ehtiyacı olan filənkəsin evinə göndərsin” dedi. Hz.Fatimə atası deyəni elədi.Həmin ehtiyaclı ailə isə həmin hədiyyə aldığı pərdəni kəsib, paltar tikərək ehtiyaclarını ödədilər.


Tarix: 06.06.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar
loading...