1.Əbu Hureyrədən rəvayət olunur ki, Allah elçisi (sav) dəniz haqqında buyurmuşdur:
"Onun suyu təmiz və təmizləyən, tərkibindəki ölmüş heyvanlar isə halaldır"
(Trimizi, Əbu Davud)
2.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
"Həqiqətən, su təmiz və təmizləyəndir və heç bir şey onu murdarlaya bilməz"
(Əbu Davud, Tirmizi)
3.Beyhəqinin rəvayətində deiylir:
"Su iyini, dadını yaxud rəngini dəyişmədiyi halda təmiz və təmizləyən maye olaraq qalır"
4.Abdullah ibn Ömərdən rəvayət olunur ki, Alllah elçisi (sav) buyurmuşdur:
" Əgər su iki küpə həcmində olarsa, onda o murdar olmaz"
Digər bir rəvayətdə isə deyilir: "onda su təmis olaraq qalar"
(Əbu Davud, Tirmizi, Nəsai)
5.Əbu Hureyrədən rəvayət olunur ki, Allah elçisi (sav) buyurmuşdur:
"Sizlərdən cünub halında olanınız durğun sulardan qüsl almasın" (Müslim)
Buxarinin rəvayətində deyilir" Sizlərdən durğun suda ( kiçik bayır edən), sonra orada qüsl almasın"
Müslimin rəvayətində deyilir" Ondan qüsl almasın"
Əbu Davud rəvayətində isə deyilir: "Orada cənabət qüslü almasın"
Tarix: 26.04.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar