Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SALAM VERMƏK

Salam vermək bizə sadə və asan görünsə də İmam Əli (ə) salam vermə barəsində buyurmuşdur: “Salam verməyin 70 savabı vardır. Bunun 69-nu salam verənə, biri isə salam alana çatar”. Bunu da demək yeinə düşər ki, salamı qaytarmaq vacibdir.

Allahın Peyğənbəri (s) buyurmuşdur: “Salam vermək - bizim dinin rəhmət və mehribanlıq nişanəsidir, dövrümüzün əmin-amanlığı və pənahımızdır”. İmam Sadiq (ə): “Salam sözdən qabaqdır”, - deyə buyurmuşdur.

Hədislərdən də aydın olur ki, hər sözdən, hər ünsiyyətdən qabaq salam vermək - başlıca amillərdəndir. Və bunu da nəzərə çatdırmaq yerinə düşər ki, salam verməyin də qaydaları vardır. Yəni, kimə salam verib-verməmək nəzərdə tutulur.

İslamın Peyğənbəri (s) buyurur: “Beş şeyi hələ ki, sağam - tərk etməyəcəm... uşaqlara salam verməyi - məndən sonra sünnə olsun deyə”.

İmam Baqir (ə) buyurmuşdur: “... nə süfrə başında şərab içənlərə salam ver, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə. Və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki, müsəlmana salam vermək müstəhəbdir, salamı almaq isə vacibdir. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana. Açıq-aşkar günah və fisq edən fasiqə də salam verməyin”.

Və mövzunun əvvəlində də dediyimiz kimi, salamın cavabını vermək vacibdir. Qurani-Kərim də bu mövzu ilə əlaqədar belə buyrulub: “Sizə salam verdiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah Təala hər şeyi hesaba alandır”. (“Nisa” surəsi, ayə 86)

İslam Peyğənbəri (s) buyurmuşdur: “Salam vermək - müstəhəbdir, salamı almaq isə vacibdir”.

Və salamı qabaqlamaqla bağlı Allahın Peyğənbəri belə buyurmuşdur: “Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan - birinci salam verəndir”. Bu da kini birbaşa kökündən sındırır.

Başqa mübarək hədisində islam Peyğənbəri (ə) buyurmuşdur: “Birinci salam verən - təkəbbürdən uzaqdır”. İmam Sadiqdən (ə) nəql edirlər: “Allahın Rəsulu (s) buyurmuşdur: “Kim salam verməmiş sözə başlarsa, ona cavab verməyin”. Eləcə də buyurmuşdur: “Heç kəsi salam verməyincə yeməyinə dəvət etmə”.

Evə daxil olanda salam vermək barəsində Qurani-Kərimin “Nur” surəsinin 61-ci ayəsində toxunulmuşdur: “Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır”.

İslam Peyğənbəri (s) bu barədə belə buyurmuşdur: “Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evə ünsiyyətə girir”.

Və hədislərdən də bizlərə məlum oldu ki, salam vermək - ən önəmli işlərdən biridir Allah bizlərə salamı dərk edərək verməyi nəsib etsin. Amin!

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar
loading...