Allahın insana verdiyi beş müqəddəs əmanət nədir?
Bu əmanətlər, bütün səmavi dinlərdə qorunması lazım olan universal dəyərlərdir ki, aşağıdakılardır:
1 Dini qorumaq
2 Canı qorumaq
3 Nəsli qorumaq
4 Ağlı qorumaq
5 Malı qorumaq
Allahın insana verdiyi beş müqəddəs əmanət nədir?
Dinin, canın, ağılın, nəsilin və malın qorunması mötəbər məsləhətlərdəndir. Bunlar üç mərtəbəyə ayrılar:
1 Zəruriyyət: İnsanların dini və dünyəvi həyatlarının özünə bağlı olduğu məsləhətlərdir. Zəruriyyət, məsləhətlərin ən qüvvətli mərtəbəsidir. Bunlar, təmin edilmədiyi təqdirdə cəmiyyətdə pozğunluq və dağılmalar başlaya bilər. İslam dini, bu məsləhətlərin qorunmasına əhəmiyyət vermişdir.
Dinin, canın, ağılın, nəsilin və malın qorunması, bunların itməsinə gətirib çıxaracaq şeylərin aradan qaldırılması zəruridir. Bu məqsədlə dinin qorunması üçün cihad əmr edilmiş, canın qorunması üçün adam öldürmək və intihar etmək, ağılın qorunması üçün narkotik və spirt istifadə etmək, nəsilin qorunması üçün zina və iffətə böhtan atmaq, malın qorunması üçün oğurluq və fırıldaqçılıq etmək haram buyurulmuşdur.
2 Haciyyət: Dinin, canın, ağlın, nəsilin və malın qorunması üçün tədbir görülməsi, çətinliyin aradan qaldırılması və rahatlğın təmin edilməsi ilə əlaqədar insanların möhtac olduğu məsləhətlərdir. Bu məsləhətlər görülməyəndə çətinliyə və ya zəruri məsləhətlərin qorunması təhlükəyə düşər.
Allahın insana verdiyi beş müqəddəs əmanət nədir?
3 Təhsiniyyat (kəmaliyyat): Bunlar; məsləhətlərin əslini reallaşdırmadığı kimi, onlar üçün tədbir mahiyyətində də deyil; ancaq dinin, canın, ağlın, nəsilin və malın qorunması məqsədilə istiqamətli məsləhətlərdir. Məsələn, gözəl geyinmək və əxlaqi qaydalara uyğun gəlmək, bu cür məsləhətlərdir.
Zəruriyyət birinci, haciyyət ikinci, təhsiniyyət isə üçüncü mərtəbəni təşkil edər. Bunlar bir-birləriylə ziddiyyət təşkil etsə, mərtəbə sırasına görə, əvvəl gələn sonrakına keçər.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar