Bir ateist Müdrikdən soruşdu: Niyə, Allah var, deyirsiniz? Görmədiyiniz bir xəyal məhsulunu niyə ilah edib, özünüzü bir sıra zövqlərdən məhrum edirsiniz? Müdrik bu cavabı verdi: "Allah yoxdur demeklə adam iki şeyi inkar etmiş olar: Əvvəla gözünün gördüyü hər şeyi... Sonra da Onun yaradıcısını (Allahı). Siz, kainat qarışıqlığı ilə insan möcüzəsini təsadüflərlə açıqlayırsınız. Halbuki siz də bilirsiniz ki, ən sadə bir oyuncağın da bir var edicisi vardır, olmaq məcburiyyətindədir.Ən sadə şeyin belə bir var edicisi olduğuna inanırıqsa, bu kainat və insan üçün "təsadüf" sözünü istifadə etmək, ağılsızlıq olmazmı? "Yaxşı, haradadır O? Niyə görə bilmirik?"
Müdrik əlindəki kitaba işarə edərək bu cavabı verdi: Bu kitabın bir yazıçısı var; bu şübhəsiz. Sən mənə, bu kitabın yazıçısını, bu kitab içində göstərə bilərsənmi?????????
Allah, özündən bəhs edərkən, "yaratdığı heç bir şeyə bənzəmədiyini" söyləyir. Yaratdığı heç bir şeyə bənzəməyən bir ilahı, necə göstərə bilərsən?
Əlimdəki kitab, yazarının varlığını göstərir. Bu kitab, o yazara dair bir sıra məlumatlara malikdir... Məsələn duyğularını, düşüncələrini bu kitabı oxuyarkən anlaya bilər, bu şəkildə yazarın necə bir şəxsiyyətə malik olduğuna dair bir sıra məlumatlar əldə edə bilirsən.
Kainat bir kitab kimidir... Kainatda olan hər şey bir söz, bir cümlə kimidir; hər sözün, hər cümlənin mənası dərindir. Kainatda olan hər obyekt, yaradıçılarına tutulmuş bir ayna kimidir, diqqətlə baxan onlarda o böyük varlığı görə bilər, o uca ilaha dair məlumatlar əldə edə bilər.
Susdu bir müddət... Allahı inkar edənin düşüncəli halını izlədi. Sonra davam etdi:
"Bir bax kainata və içindəkilərə! Bax və insan ilə kainat arasındakı fərqi gör... Bu aləmdə insandan başqa şuur sahibi bir varlıq yoxdur. İnsan şuur sahibi olduğundan etmiş olduğu hər hərəkətindən ötəri cavabdehdir; yaxşı işlər gördüyü təqdirdə mükafat, pis işlər gördüyü təqdirdə cəza görər. Yaradıçımız olan Allah, peyğəmbərlər vasitəsilə qullarına bir sıra öhdəçiliklər göndərmişdir. Allah, peyğəmbərlər vasitəsilə bizlərə belə səslənir: "Mən sizləri yalnız mənə ibadət edəsiniz deyə yaratdım."
Bizim azadlığımız var. Ancaq azadlığımız, başqalarının haqlarını pozacaq səviyyədə bir azadlıq deyil... Neçə insanlar öz aralarında bir sıra özünəməxsus haqlara sahibsə və onların bu haqları tapdalanmaması lazım olan müqəddəslərsə, Rəbbimiz olan yaradıcımızın da şəxsinə xas haqları vardır və bu haqlar, heç bir şuur sahibi tərəfindən əsla pozulmaması lazım olan haqlardır, diqqət yetirilməsi lazım olan xüsuslardır.
İnsanların Allahdan başqa ilah(lar)a ibadət etməsi, Onun şəxsinə ediləcək ən böyük haqsızlıqdır. O, buna görə insanları xəbərdar edir və onlara, həm kitabları həm də peyğəmbərləri vasitəsilə səslənir.
Onun əmr etdiyi şey budur: "Hər kəs özü üçün çəkilən sərhəd içində dayanacaq, nə başqasının sərhədini pozacaq nə də sərhəd aşıb, daşqınlıq edəcək"
Bizlər, özümüzü daşqınlıqlardan uzaq tutaraq, daşqınlıqların əza və cəfasından qorunmağa çalısırıq.
İslam, həyatı intizama salan bir din... Bir şeyi ən incə detalına qədər, onun var edicisi bilər. Allah, var edicimiz. Bizi Ondan daha yaxşı tanıyan və bizlərə nəyin yaxşı olacağını Ondan daha yaxsı bilən ikinci bir ilah yaxud insan yoxdur. Bizlər dincliyi, Onun əmr etdiklərini yaşamaqda,əza və cəfanı da Onun neh etdiklərini yaşamaqla bilə bilərik.
Tarix: 07.06.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar