Merac gecəsində Rəsulallahın
(s.a.v) Cəhənnəmdə gördüyü
qadınlar.
(Qeyd edim ki, Cəbrail (ə.s)
Peyğəmbərimizi (s.a.v) Rəcəb
ayının 27-ci gecəsi göylərə apardı.
Rəsulallah Meracda Cənnəti,
Cəhənnəmi, saysız hesabsız şeylər
görüb, Kürsi, Arş və ruh aləmini
keçib, başa düşülməyən, anlatıla
bilinməyən bir şəkildə məkansız,
zamansız, cəhətsiz olaraq ALLAHU
təalanı gördü.)
Hz. Əmirəl möminin Əlidən (a.s)
belə nəql edilir:
Bir gün mən və Hz. Fatimə,
Rəsuallahın (s.a.v) hüzuruna
gəldiyimizdə, ALLAH Rəsulu çox
ağlamışdı. Mən: Ya Rəsulallah niyə
ağlayırsan? Nədir səni belə
ağladan? deyə soruşdum. Belə
buyurdu:
Məni Miracda göylərə aparanda
Ümmətimdən bəzi qadınları
şiddətli əzab içərisində gördüm.
Bax onların halına ağladım.
Biri saçından asılı vəziyyətdə,
beyni qaynayarkən gördüm.
Bir başqasını dilindən asılıykən,
boğazına Cəhənnəmin pis qoxulu
qaynar suyundan tökdüklərini
gördüm.
Bir başqasını sinəsindən asıldığını,
birisinin öz bədəninin ətini yediyi
halda altından alovlar yüksəldiyini
gördüm.
Bir digərinin əllərinin ayaqlarına
bağlandığı bir vəziyyətdə, ilanların
və əqrəblərin onu sancdığını
gördüm.
Bir başqa qadını gördüm ki, kor,
kar və dilsizdir. Eyni zamanda
atəşdən bir sandığın içinə
qoyulmuş, beyni burnundan
tökülür və vücudu cüzam, sədəf
xəstəliklərində n parça-parça
olmuşdu.
Bir qadını isə alov təndirində
ayaqlarından asılı bir vəziyyətdə
gördüm.
Bir başqasının gördüm ki,
bədəninin ətini atəşdən olan
qayçılarla kəsirdilər.
Bir qadın isə, üzünü və əllərini
yandırdığı halda öz bağırsaqlarını
yeyirdi.
Bir digərini gördüm ki, başı donuz
başı, bədəni eşşək kimiydi və
cürbəcür əzabın içindəydi.
Hz. Fatimə, Ey mənim həbibim və
gözümün nuru hansı səbəbə görə
onlar belə əzab görürdülər? deyə
soruşduqda, Peyğəmbərimiz
(s.a.v) belə buyurdu:
Qızım saçından asılan qadının
günahı, saçını naməhrəmlərə
qarşı bağlamaması idi. Dilindən
asılan qadın, diliylə ərinə əziyyət
edən birisi idi. Sinəsindən asılan
qadının günahı həyat yoldaşına
qarşı qadınlıq borcunu yerinə
yetirməkdən imtina etməsi idi.
Ayaqlarından asılan qadın ərindən
icazəsiz bayıra çıxıb gedən qadın
idi. Öz bədənin ətini yeyən qadının
günahı, başqaları üçün bəzənmək
idi. Əlləri ayaqlarına bağlananın
günahı isə özünü və geyimini
təmiz tutmayaraq, cənabət qüsulu
etməmək, nəcislərdən bədənini
uzaq tutmamaq, namzının
yüngülə almaq idi. Kor və dilsizin
günahı bu idi ki, zinadan hamilə
qalıb, yoldaşının uşağı kimi
təqdim etmişdi. Vücudunun ətini
qayçılayan qadın, açıq-saçıq
geyinib bədənini başqalarına
bəyəndirməyə çalışan qadın idi.
Üzünü və bədənini yandırdıqları
halda bağırsaqlarının yeyən
qadın, nikahsız qadın və kişiləri
bir-birinə çatdırıb günah
işləməklərinə vəsilə olan qadın idi.
Başı donuz başı, bədəni isə eşşək
bədəni olan qadının günahı söz
aparıb gətirmək və yalançılıq idi.
Bütün bunları danışdıqdan sonra
Peyğəmbərimiz (s.a.v) belə
buyurdu:
Çox yazıqlar olsun o qadına ki,
ərini narazı salır. Nə xoşbəxt o
qadına ki, əri ondan razıdır.
Tarix: 05.07.2013 / 16:22 Müəllif: Kanarya_ Baxılıb: 368 Bölmə: Maraqlı melumatlar