Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı- Darul-Ərkam (Ərkamın evi)

Darul-Ərkam (Ərkamın evi)

Birinci addım : Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) Ərkam bin Əbu Ərkam əl-Məhzuminin evini dəvət, ibadət və təhsil mərkəzi etdi. Çünki, bu ev, tağutların gözündən uzaq bir yerdə, Səfa yaxınlığındaydı. Dostlarıyla gizlicə burada görüşürlər, onlara Allahın ayələrini oxuyur, onları təmizləyir və onlara kitab və hikməti öyrədirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın belə hikmətli bir şəkildə gizli bir mərkəz qurmağı, səhabələri bir çox təklükə və əzadan qorumuşdur. Özü isə, heç çəkinmədən müşriklərin arasına girib açıq şəkildə dəvət vəzifəsini yerinə yetirir, ibadətini edirdi. Müşriklərin zülmləri, işkəncələri, düşmənçilikləri, lağları onu bundan əsla çəkindirmirdi. Bu, dəvətin bütün insanlara çatmağı üçün Allahın bir hikmətiydi. Təbliğdən sonra, artıq heç kimin Allaha qarşı bir hüccəti qala bilməzdi. Heç kim sabah, qiyamət günündə : "Bizə bir müjdəçi və xəbərdar edən gəlmədi". deyə bilməzdi.

Həbəşistana hicrət

İkinci addım isə, Həbəşistana hicrətdir. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Həbəş kralı Nəcaşinin adil bir hökmdar olduğunu öyrəndikdən sonra işkəncədən sıxılan müsəlmanlara onun ölkəsinə hicrət etmələrini işarə buyurdu.

Nübüvvətin 5-ci ili Rəcəb ayında, 12 kişi və 4 qadından ibarət olan ilk müsəlman dəstə Osman bin Əffan (radiyəllahu anhu) rəhbərliyi altında Həbəşistana hicrət etmişdir. Bu hicrətdə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) `in qızı Ruqiyyə də əri Osman ilə birlikdəydi. Bu ailə İbrahim və Lut (Əleyhissalam) `dan sonra Allah yolunda hicrət edən ilk ailədir.

Hicrət edən bu səhabə birliyi gecə gizlicə Məkkəni tərk edərək Ciddənin cənubundakı Şuaybə limanına istiqamətləndilər. Allahın təqdiriylə orada Həbəşistana getmək üzrə olan iki ticari gəmi vardı. Bu gəmilərə minərək Həbəşistana çatdılar.

Qureyşlilər müsəlmanlardan bir qrupun eşitdikdə qəzəbə qapıldılar. Onları geri qaytarmaq üçün arxalarınca döyüşçülər göndərdilər. Sahilə qədər gələndə müsəlmanlar çoxdan ayrılmışdılar.

Nəcm surəsi oxunarkən müşriklərin də müsəlmanlar ilə birlikdə səcdə etmələri

Nübüvvətin 5-ci ili, Ramazan ayında, yəni müsəlmanların Həbəşistana hicrətlərindən iki ay sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Kəbəyə getdi. Burada Qureyşin bütün böyükləri və liderləri, sıravi camaatdan da bir çox şəxs var idi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a hələ Nəcm surəsi təzəcə endirilmişdi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Beytul-Harama girdi və qəflətən Nəcm surəsini oxumağa başladı. Bu Qureyşlilərin dünyada eşitdikləri ən gözəl kəlamıydı. Bu kəlamın gözsəlliyindən dəhşətə qapıldılar. Sanki, özlərindən özlərindən getdilər. Çox təsirlənmişdilər. Surənin sonlarına doğru dodaqları və inzar ayələrindən qəlbləri titrəmişdi. Surənin sonunda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) «Haydı, Allaha səcdə edib ona qulluq edin» ayəsini oxuyanda müşriklər də özlərinə malik ola bilməyib onunla birlikdə səcdə etdilər.

Buxarinin İbn Məsud (radiyəllahu anhu) `dan rəvayət etdiyinə görə, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Nəcm surəsini oxuyub səcdə etmişdir. Qureyşlilər də ona tabe olub səcdə etdilər. Ancaq içlərindən biri, Ümeyyə bin Xələf istisnadır. O isə, ovucu içinə bir hissə torpaq alaraq alnına aparmış, "bu mənə bəs edər" demişdir. Daha sonra da Bədrdə qətl edildi.

Mühacirlərin Məkkəyə geri qayıtmaları

Müşriklərin Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`la birlikdə səcdə etmələri barədə xəbər Həbəşistana, Qureyşlilər müsəlman oldu şəklində çatdıqda, burada olan müsəlman mühacirlər bu xəbərə sevinib Məkkəyə geri qayıtdılar. Ancaq hələ Məkkəyə girməmişdilər ki, hadisənin iç üzü aydın oldu. İçlərindən bəzisi yenidən Həbəşistana yönələrkən, bəzisi də Qureyşdən bəzi şəxslərin himayəsinə girərək Məkkəyə daxil oldu.

Həbəşistana ikinci köç

Müşriklər, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə birlikdə səcdə etdiklərindən daha sonra böyük bir peşmançılıq və qəzəbə qapıldılar. Ayrıca, kral Nəcaşinin də müsəlmanlarla çox yaxşı davrandığını eşidir və intiqam hisləri qabarırdı. Bu səbəbdən, müsəlmanlara tətbiq etdikləri təziq və işkəncə siyasətlərini daha da şiddətləndirərək davam etdirdilər. Bu çətin dövrdə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dostlarına yenidən Həbəşistana hicrət etməyi tövsiyyə etdi. Bunun üzərinə müsəlmanlardan səksən üç və ya səksən iki kişi və on səkkiz qadın hicrət etdi. Bu dəfəki hicrət daha ağır və çətin olmuşdu. Çünki, müşriklər artıq müsəlmanların bütün hərəkətlərinə nəzarət edir və hicrət ehtimalına qarşı tədbirli davranırdılar. Amma, müsəlmanlar onlardan daha hikmətli, daha ayıq və daha tədbirliydilər.


Tarix: 03.05.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar
loading...