Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) əl-Ğani

əl-Ğani – zəngin olmaq, heç bir şeyə möhtac olmayan mənasına gələn Ğina – məsdərindən sifət olan Allahın gözəl İsimlərindən biridir. Qurani Kərimdə 7 yerdə keçməkdədir. «Rəbbin heç bir şeyə ehtiyacı olmayan rəhmət sahibidir». (əl-Ənam 133, əl-Bəqərə 267). İstər zatında, istərdə sifətlərində, fellərində heç bir zaman, heç bir surətdə, heç bir şeyə möhtac olmayan, hər şeyin Ona möhtac olduğu tək zəngin Odur. Allahın ibadətlərimizə bir ehtiyacı yoxdur. Qurani Kərim bunu bir çox ayələrdə bəyan edir. «Qurbanlıq heyvanlarının nə ətləri, nə qanları Allaha çatmaz. Ona ancaq sizdən təqva çatır». (əl-Həcc 37). O, halda insan Allaha qulluq edərkən, Onun əmrlərini yerinə yetirərkən Allaha minnət etmə kimi bir hissə qapanmamalıdır. Qula yaraşan Rəbbini bu şəkildə tanıması, Ona möhtac olduğunu xatırından çıxarmaması və bütün ehtityaclarında Ona yönəlməsidir. Allah zəngindir. Onun heç bir şeyə ehtiyacı yoxdur. Ondan başqa hər şey Ona möhtacdır. Onun rəhmi və mərhəməti olmadan bir kimsənin yaxlşılıq etməsi və bu yaxşılıqda zirvəyə qalxması mümkün deyildir. Eyni şəkildə Onun ədaləti və hikməti olmadan bir kimsənin pislik etməsi və bu pislikdə zirvəyə çatması mümkün deyildir.


Tarix: 05.05.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 42 Bölmə: Maraqlı melumatlar
loading...