Həmd Allaha məxsusdur.
Şübhəsiz ki, insan gələcəkdə baş verəcəklər haqqında narahatçılıq keçirmək və keçmişdə baş verənlərə üzülmək kimi psixoloji problemlərdən təsirlənə bilər. Psixoloji problemlərin bədənə təsiri fiziki problemlərin yaratdığı təsirdən daha güclüdür. Biz bunu bilməliyik ki, insana təsir edən narahatçılıqlar və qəm-kədər insanın günahlarına kəffarə edən və günah yükünü azaldan səbəblər arasındadır. Buna qarşı səbr edərsə və Allahdan savabını umarsa ona görə mükafatlandırılacaqdır.
İslamda buyurulan qaydalara müvafiq olaraq bu problemləri həll etməyin təsir qüvvəsi maddi dərmanlarla müalicə üsulundan daha güclüdür. Bu da təsdiq olunmuşdur və məlum bir şeydir.
İslamda buyurulan müalicə üsullarından biri, narahatçılıq və hüzndən xilas olmaq üçün Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət olunan duanı oxumaqdır. İbn Məsud səhih hədisdə rəvayət etmişdir: Dərd, qəm-qüssəyə tutulan elə bir kəs yoxdur ki:
“Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nasıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əs`əlukə bi kulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, əu ənzəltəhu fi kitəbikə, əu alləmtəhu əhədən min xalqikə, əu istə`sərtə bihi fi ilmil-ğaybi indəkə, ən təc`aləl-Qur`anə rəbia qalbi, və nura sadri, və cəlaə huzni, və zəhabə həmmi
Tərcüməsi: (Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et)”-söyləyəsə, Allah onu üzüntü, kədərdən azad edər. Bu şəriətdə buyurulan müalicə üsullarından biridir.
Həmçinin belə də demək olar: “Ləə iləəhə illə əntə, subhəənəkə inni kuntu min az-zaalimiin”. Bu Qurani Kərimdən ayədir. Allah təala buyurur: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Ya Rəbbi!) Səndən başqa ibadətə haqqı olan heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi (Ənbiyə, 21:87).
Müalicənin digər üsulu ruqyadır. İnsan bununla özünü müalicə edə bilər və bu daha yaxşıdır. Allah Rəsulu sallallahu aleyhi və səlləm yatmağa gedəndə Muavizətəyn (Quranın son iki surələri) oxuyurdu, sonra üzünə və bədənindən əlinin çatdığı yerə qədər sürtməklə özü üçün ruqya edirdi. Və yaxud dinə bağlılığına etibar edilən birinin yanına gedərək ruqya etmək olar (Quran və sünnəyə müvafiq olaraq).
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun
Tarix: 15.04.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar