Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda Qadın Və Hicab

Islamda olan hər bir müsəlman qadın öz üst geyimindən əlavə başına hicab örtməlidir.
Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və mominlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Hicab bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir. Örtünmə bütün şübhəli yolları kəsir.



Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsinə imkan vermir. Qadınların namus və izzətlərinin qorunmasını təmin edir. Eyni zamanda onlara əziyyət edilməsinə də mane olur. Qadın və kişilər Allah təalanın dinindən, Rəsulullahın (s.ə.s) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az muddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-ne'mətini, axirətin əbədi həyatından üstün tuturlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mö'min qadın isə ancaq əri üçün bəzənər. Bu barədə güzəl hədis var. «Dünya keçici ne'mətlərlə doludur. Ən gözəl ne'məti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur». Unutmayın «Qadın incidir. İnci sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür». Allah millətimizə elm və hidayət nəsib etsin ki, məmləkətimizin bəzi qadınları çılpaqlaşıb həm özlərini, həm də digər imandan zəifləri arxalarıca Cəhənnəmə apara bilməsinlar.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar
loading...