Bir gün dindən uzaq, çox varlı ailənin dəcəl bir uşağı olur və bunu çox dindar qocaların yanına aparırlar ki, uşağı dinə gətirsinlər. Ancaq uşağın dediyi suallara dindar qocaların dediyi cavablar razı sala bilmir və uşağın şübhələri get-gedə də artmağa başlayır. Bir gün valideynləri onu böyük bir alimin yanına aparırlar. Uşaq alimə deyir:
-Sən kimsən? Mənim suallarıma cavab verə biləcəksən ?
Qoca deyir:
- Allahın bir quluyam. İnşallah cavab verəcəm.
Uşaq deyir:
- Mənim suallarıma ən böyük professorlar cavab verə bilməyib.
Qoca alim deyir:
- Cavab verməyə çalışacam.
Uşaq deyir:
- Elə isə 3 sualım var: 1. Allah var ? Elə isə mənə göstər. 2.Taleh (Qədər) nədir ? 3. Əgər şeytan oddan yaradılıbsa, niyə cəhənnəmə gedəcək? Cəhənnəm də odla dolu deyilmi? Odu odla necə yandıra bilər?
Bu vaxt alim gözlənilmədən yanındakı saxsını götürüb uşaqın başına vurdu. Uşaq ağrı içərisində soruşdu:
-Niyə hirsləndin? Mən ki, sənə elə bir şey demədim.
Alim dedi:
- Hirslənmədim. Sadəcə olaraq bu mənim sənin sualına cavabım idi.
Uşaq dedi:
- Mən heç bir şey başa düşmədim.
Alim dedi:
- De görüm saxsı başında qırılanda nə hiss etdin?
- Təbii ki, agrı hiss etdim.
Alim dedi:
- Yəni ağrının varlığına inanırsan?
Uşaq dedi:
- Bəli, inanıram.
Alim dedi:
- Elə isə ağrını mənə göstərə bilərsənmi?
Uşaq dedi:
- Yox göstərə bilmərəm.
Alim dedi:
- Bax, bu mənim ilk cavabım. Yəni hamı Allahın varlığını hiss edir, amma Onu görə bilmir. Bəs dünən gecə yuxuda mənim sənin başında saxsı qabını sındırdığımı gördünmü?
Uşaq dedi:
- Yox.
Alim dedi:
- Bu gün belə bir şeylə qarşılaşacağını heç düşündünmü?
Uşaq dedi:
- Yox.
Alim dedi:
- Bax bu da taledir, yəni qədər. Bax, bu da mənim ikinci cavabim.
Alim dedi:
- Biz nədən yaradılmışıq? Torpaqdan, elə deyilmi?
Uşaq dedi:
- Hə, torpaqdan yaradılmışıq.
Alim dedi:
- Elə isə saxsı da torpaqdan deyilmi?
Uşaq dedi:
- Bəli.
Alim dedi:
- Bəs saxsı başına dəyib ağrıtdı. Demək ki, torpaq torpağa zülm verdi. Eləcə də Allah istəsə, oddan yaradılan şeyi də odun içərisində cəzalandıra bilməzmi? Bu da suallarının cavabı...
Tarix: 06.06.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqlı melumatlar