Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PUŞKİN QURANİ-KƏRİMƏ MƏFTUN İDİ

Rus şairlərinin ən dahilərindən olan Puşkinin Quran mövzusunda yazmış şerini oxuduqdan sonra İslamla maraqlanan ədəbiyyat dahiləri az deyildir. Bunlardan biri də “Hərb və sülh“ romanının müəllifi olan Lev Tolstoydur. Tolstoyun sözün əsl mənasında İslamı öyrənmək istədiyi və bu məqsədlə II Əbdülhəmid Xan dövründə İstanbula bir məktub da yazdığı bir həqiqətdir. Fəqət ona bir cavab verilməyib və belə olan halda bir dahinin müsəlmanların cərgəsində öz yerini tutmağına mane olmuşdur.

“Karamazov qardaşları“, “Cinayət və cəza“ kimi şah əsərləri dünya ədəbiyyatına bəxş edən və dünya yazıçılarının lideri olaraq qəbul etdikləri digər rus yazıçı Dostoyevskinin də qardaşına yazdığı məktubda, “Mənə Quranı və Kantın ağlın tənqidini göndər” dediyini bilirik. Dostoyevskinin Quranı rus dilində və ya fransızca oxuduğunu dəqiq bilmirik. Oxuduğu tərcümənin əsli ilə nə qədər uyğun olduğu haqqında da məlumatımız yoxdur. Lakin “Ölülər evindən xatirələr” adlı əsərində baş qəhrəman olan Əli, olduqca müsbət xarakter daşımaqdadır.

Biz bu yazımızda Tolstoy və Dostoyevskinin Qurana olan maraqlarını deyil, fəqət bu iki yazıçıya da təsir edən bir şairdən söhbət açacayıq. Bu Dostoyevskinin “Hər günü üçün ona bir şahzadə qızılı qaytarılır“ dediyi Puşkindir.

Aleksandr Sergeyeviç Puşkin 1799-cu ildə Moskva şəhərində dünyaya gəlmiş və atasının çar sarayında işləməsinə görə çox yüksək səviyyədə bir təhsil almışdır. Hələ kiçik yaşlarda qabiliyyəti ilə hər kəsin diqqətini cəlb etmişdir. Qısa müddətdə Rusiyanın barmaqla göstərilən bir nömrəli şairi olur.

“Puşkinin on ildə rus ədəbiyyatında verdiyi əsərlər ondan əvvəlki şairlər yüz ildə verə bilməmişlər“ deyə elmi işçi, yazıcı Olqa Tarakanova “Onun qurub yaratdığı ədəbiyyat ondan əvvəlki bütün rus ədəbiyyatına bərabərdir“ deməkdədir.

Böyük rus bəstəkarlarından Dostoyevski, Qlinka və Raxmaninov, Puşkinin şerlərindən qiymətli mahnılar bəstələmişlər.

Puşkinin əsərləri hər il milyonlarla nüsxə ilə nəşr edilsə də, yenə tələbatla qarşılanmaqdadır. Puşkinin əsərləri indiyə kimi 104 xarici dilə tərcümə olunmuş və tirajı 150 milyon ədədi keçmişdir.

Puşkin 1824-cü ildə Mixailovskaya kəndində nəzarətdə saxlandığı vaxtlarda Quranı oxumaq və yaxından tanış olmaq fürsəti əldə edir.

Həzrət Peyğəmbərə (s) gəldiyi (endiyi) zamanlarda təqlid edilə bilməyən üslubuyla ərəb şairlərinə diz çökdürən və “bunların əsla bir insan söyləyə bilməz, yaza bilməz və ifadə edə bilməz“ demələrinə səbəb olan, onları Allahın qarşısında səcdəyə vadar edən Quran, Puşkinin də ruhunun dərinliklərinə qədər işləmişdir. Ərəbcə əslindəki üslubda sahib olmasa da, oxuduğu tərcümə, onun şair ruhunda fırtınalar meydana gətirir. Quran ayələrinin əhatə etdiyi fikirlər və gözəlliklər ona dərindən təsir etmişdir. Mənəvi hisslərlə dolan qəlbi, ilahi üfüqlərə doğru qanad açmağa başlayır. Nəticədə nur damcıları şəklində yağan ilham yağışları, onun uzun bir şer yazmasına səbəb olmuşdur. “Quranın təsiri altında“ başlığı ilə dərc olunan bu qəsidəsi, Puşkinin müqəddəs kitabımız haqqındakı fikirlərini təzahür etməkdədir. Dillər, millətlər, ölkələr və dövrlər dəyişsə də, insan yenə iman olaraq qalmaqdadır. Peyğəmbərin (s) dövründə yaşamış bir ərəb şairi Quranı oxuyunca keçirdiyi hisslər ilə, ondan 13-14 əsr sonra yaşamış bir rus şairinin keçirdiyi hisslər heç də bir-birindən fərqlənmir. Çox gənc bir yaşda - 38 yaşında vəfat edən bu dahi insanın ömründə “mən müsəlmanam“ deyəcəyini bilmirdi.

Quranın təsiri altında.


Sabit yer üzü, sabit

Göylərsə qubbə qubbə...

Sənsən ey uca Xaliq!

Hökm edən hər səbəbə...

Sənsən sənsən ey Rəhim

Qula soltanlıq verən...

Və nur saçan Quran!

Məhəmmədə (s) göndərən.

Dəniz, qurunu boğmaz

Quru, udmaz dənizi...

Fırtınalar içində

Qoruyan sənsən bizi...

Divarlar parçalansın,

Qalxıb qara pərdələr!..

Gəl Quran! Kömək ol bizə

Ruhumuza işıq ver ! (azeribloq.com saytına istinadən)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Maraqlı melumatlar
loading...