Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Ömər ibn əl-Xəttabın (r.a) xilafəti (Hicri 13-23)

Giriş

Əbu Bəkrin ) r.a) xilafəti iki il, üç ay davam etdi. Sonra Əbu Bəkr (r.a) vəfat etdi. O artıq özündən sonra Öməri (r.a) xəlifəliyə təyin etmişdi. İnsanlar da onun xəlifəliyinə beyət etdilər.
Əbu Bəkr(r.a) özündən sonra xilafətə Öməri )r.a) layiq görürdü. Elə buna görə də rəsmi şəkildə bu işi Ömərə təhvil verdi. Ömər (r.a) xəlifəliyə gəldi və onun hakimiyyəti on il davam etdi. Demək olar ki, bu xilafət dövrü Peyğəmbərin (s.av) və Əbu Bəkrin dövründən sonra İslamın ən gözəl çağları idi.

Şam vilayətində şiddətli döyüşlərin başladığı bir zamanda Ömər (r.a) xəlifəliyə keçmişdi. Belə ki, Bizansın nəhəng ordusuna qarşı müsəlmanlar Yərmuk adlanan ərazidə toplaşmışdılar. Müsəlmanlar bu döyüşdə parlaq qələbə əldə edərək Dəməşq, Hims, Qunsureyn və Əcnadin şəhərlərini fəth etdilər. Bundan sonra müsəlmanlar möhtəşəm bir fəthi həyata keçirdilər. Bu, Beytül Məqdisin (Fələstin torpaqlarının) fəthi idi.

Bundan sonra müsəlmanlar Bizans torpaqlarında istədikləri kimi gəzib-dolaşırdılar. Daha sonra Amr ibn əl-As (r.a) Misirə tərəf yürüş edərək oranı fəth etdi. Səd ibn Əbu Vaqqas (r.a) isə şərq tərəfə, fars vilayətlərinə tərəf üz tutdu. Müsəlman süvariləri bu yerləri dolaşıb farslara hədsiz ziyan vurdular.

Daha sonra isə Səd ibn Əbu Vaqqasın (r.a) sərkərdəliyi ilə böyük Qadisiyyə döyüşü baş verdi. Bu döyüş həlledici döyüşlərdən biri idi. Xorasan vilayəti fəth edildi. Ümumiyyətlə, Ömərin (r.a) xilafəti zamanında çox ərazilər fəth edildi.

Ömər (r.a) öz valilərini ciddi nəzarət altında saxlayırdı. İnsanlardan onlar haqda soruşur və işlərindən xəbər tuturdu. Məhəmməd ibn Məsləmə valilərin fəaliyyəti haqda Ömərə vaxtaşırı xəbər gətirirdi.

Ömər (r.a) gecələr şübhəli hadisələrə qarşı diqqətli olur və çox dəqiqliklə Mədinə şəhərinin təhlükəsizliyini qoruyurdu. O, yaşlı səhabələrlə daim məşvərət etmək üçün onlara Mədinə şəhərindən kənara çıxmağa icazə vermirdi. (ət-Tarix əl-İslami: 3/21.)
O, çox adil hökmdar idi. Hətta, Kisranın (İran şahının) elçisi, Ömərin (r.a) möminlərin əmiri olduğu halda təkbaşına ağacın altında yatmasını gördükdə demişdi: "Hökm edib ədalətli olmusan. Əmin olub yatmısan."

Huzeyfə ibn əl-Yəmən (r.a) deyir: "Biz Ömərin (r.a) yanındaydıq. O bizə: "Peyğəmbərin ) s.a.v) dəniz fırtınası kimi qopacaq fitnə haqda dediyi sözləri kim əzbər bilir? – deyərək müraciət etdi".
Huzeyfə (r.a) dedi: "Ey möminlərin əmiri! Bu fitnənin sənə heç bir aidiyyatı yoxdur. Səninlə onun arasında bağlı bir qapı var." Ömər (r.a) soruşdu: "Qapı sındırılacaq, yoxsa açılacaq?"
Huzeyfə(r.a) dedi: "Xeyr, qapı sındırılacaq."
Ömər (r.a) dedi: "O halda heç vaxt bağlanmayacaq."
Huzeyfə (r.a) dedi: "Bəli, heç vaxt bağlanmayacaq."
Sonralar Huzeyfədən (r.a) "Ömər (r.a) bu qapını tanıyırdımı?" – deyərək soruşduqda, Huzeyfə (r.a)dedi: "Bəli, mən ona elə bir hədis danışmışdım ki, o həqiqətən də haqq idi."
Huzeyfəyə ) r.a) dedilər: "O qapı kim idi?"
Huzeyf (r.a) dedi: "Ömər (r.a)
(Buxari: Kitabul Fitən, Bab əl-Fitnətulləti Təmucu Kəmovcil Bəhri, ? 7096. Müslim: Kitabul İman, ? 231.)

Bu qapı elə Ömərin (r.a) özü idi. Qapının sındırılması Ömərin (r.a) qətli idi. Onu Əbu Luluə adlı atəşpərəst (Uca və Əzəmətli Allah onun üzünü qara etsin!) öldürmüşdü.


Tarix: 04.05.2013 / 12:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar
loading...