Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədislər////

Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan ALLAH yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”

Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla ALLAH yolunda tökülən qan damlasından əziz deyil.”

İmam Sadiq (ə) buyurur: "Hər kəs ALLAH yolunda öldürülsə, ALLAH-Təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).

İmam Sadiq (ə) buyurur: "Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, ALLAH-Təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”

İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”

İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır: 1. Öz əməlini böyük saymaq; 2. Öz günahını yaddan çıxarmaq; 3. Öz rəyindən xoşu gəlmək.”

İmam Sadiq (ə) buyurur: "ALLAH-Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”

İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”

Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, ALLAH yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”

Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”

Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”

Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”

Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”

Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?”

Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.

Həzrət Məhəmməd (s)buyurur:"Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya,həm də axirət işləriilə məşğul olmalıdır.”

Həzrət Məhəmməd (s) buyurur:"Dünyada hamıdan tox olan,qiyamətdə hamıdan ac olacaq.”

Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”

Həzrət Məhəmməd (s) buyurur:"Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”

İmam Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.

İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.

İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

İmam Əli əleyhissalam buyurur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.


Tarix: 05.06.2013 / 22:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqlı melumatlar
loading...