Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarınıza namazı necə vərdiş etdirməlisiniz?

Namaza vərdiş hərəkətini, Məhəmməd peyğəmbərin (s.ə.s) yuxarıda keçən hədisindən hərəkətlə bu şəkildə bir neçə mərhələyə ayıracağıq:
A – Yeddi yaşından əvvəlki mərhələ.
B – Yeddi on yaş arası təlim mərhələsi.
C – On yaş dini baxımdan mükəlləf yaşına çatma mərhələsi.( bu ölkələrə görə dəyişir.Soyuq ölkələrdə 13-14 yaşında da həddi buluğ mərhələsi olur)
Bu mərhələlərin hər birinə mərhələsinə uyğun olan metodlar vardır. Hər mərhələdə istənənləri ümumi tövsiyələrlə, iki giriş halında, bəzilərini aşağıda gələcəyi kimi zikr edəcəyik.

1.Ümumi tövsiyələr
1.Əvvəlcə bunu açıqlayaq ki, istənilən davranış meyillərinə vərdiş işində zamana, izləməyə, təqibə və səbrə ehtiyac vardır. Yenə bu işdə kamil tədbiqata çatmaq üçün təbii bir tədricilik də lazımdır. Bunlar namazı əmr edən hədisdən başa düşdüklərimizdir. Tərbiyə işinə başlamadan əvvəl valideynin uşaqlarına düşünmə və özlərinə əmr edilənlərə tbe olma yollarını öyrətmələri lazım olduğu kimi eyni zamanda uşaqları arasındakı fərdi fərqlilikləri daima göz önündə tutmaları da lazımdır.
2.Ailə içərisində yönləndirməyə sabit olmaq. Bundan məqsədimiz; ana-atanın uşağı itaətə vərdiş etdirmədə uyğun olmalarıdır. Valideynlər arasında biri namazı əmr edərkən, digəri bunu əmr etmək üçün vaxt hələ tezdir deyərək hər hansı bir anlaşmazlığa səbəb olmamalıdır. Bu vəziyyət, uşaqda valideyndən hansını razı edim deyə bir şaşqınlıq və ikifikirliliyə səbəb olur. Beləlikə uşaqdakı təqlid və itaət istəyi yox olur. Halbuki uşaq, namaz və itaət işini istisnasız bütün ailəsindən alması lazımdır.
3.Müsəlmanın həyatında namazın əhəmiyyətini və islamdakı yerini xatırlatmaq. Bunu da uşağın yaşı və anlayışına uyğun bir şəkildə izah etmək.
4.Uşaqlarına niyə namaz qılındığını öyrət. Onlara, mömin bir insanın Allah sevgisindən ötrü namaz qıldığını, qiyamət günü namaz qılanlara cənnətin veriləcəyini, namazın dinin rükunlarından olduğunu və namazın iman edənlərin şüarı olduğunu açıqla.
5.Valideynlər davranışlarıyla, namaza bağlılıqlarıyla və namazı ədəb və ərkanıyla vaxtında qılmağa olan həvəsləriylə uşaqlarına gözəl örnək olmalıdırlar.
6.Təqlid ediləcək model ana-ata ilə uşaqları arasında sevgi və rəhmətlə üatün bir əlaqə olduğu vaxt örnək götürülən bu model namazın uşaq tərəfindən qılınmasını asanlaşdırıb dəstəkləyəcəkdir. Necə ki, uşağın valideyni ilə uzun müddət sürən yaxın təması, onlarla çox oturub-durması, valideynin uşaqlarıyla uzun bərabərliyi, uşağın oyun və əyləncələrində iştirak etmələri örnək götürməyi tezləşdirər və əmr ediləni yerinə yetirməkdə böyük bir rola sahib olar.
7.Uşaqların söhbət edəcəyi insanların namaz qılanlardan seçilməsi. Hədisi şərifdə də ifadə edildiyi kimi insan dostunun dinindədir. Dostun, yaxının yeri ,davranış, əxlaq və gedişatda insana olan təsiri əhəmiyyətsiz hesab edilməməlidir. Dostu məsciddə Quran öyrənənlərdən də seçmək olar. Əgər hər hansısa bir məsciddə Quran öyrənənlər dəstəsi yoxdursa yaşayış yerində olan sakinlər yaxınlarında olan məscidlərində Quran öyrənmək üçün dərslər təşkil etməlidirlər.
8.Təşviq, sevindirmə və istiqamət vermə metoduna dayanmalıdır. Bir işin icra olunmasına duyulan arzu, o işi gerçəkləndirmək üçün qüvvətli bir ünsürdür.(Tərcüməçidən: Axşama qədər bayırda oynayan, qaçıb qovalayan övladımız yorulmaz, amma biz onu öz oyunundan çağırdıqda yorğun-arğın bir əda ilə gəldiyini görərik. Yenə ondan çox kiçik bir şey istədikdə bezginlik göstərər. Həqiqətdə isə bunun səbəbi uşağın oyunu istəyərək oynaması, bizim istəyimizə qarşı isə istəksiz olmasından ötrüdür. Bu vəziyyət təkcə uşaqlara xas deyil, əksinə bütün insanlar üçün olan bir xüsusiyyətdir.) Bu təşviq metodunu tədbiq etmənin bir çox yolu vardır. Məsələn: gözəl bir işdən ötrü tərifləmək və tərifin böyüklər və qohum-əqrəbanın yanında olması, namaza təzə başlayanda hədiyyə vermək, eyni şəkildə yaxşılıq və həvəsləndirmə ifadələriylə duyğuları hərəkətə gətirmək bunlardan bəziləridir.
9.Uşaqları namaza vərdiş elətdirmək üçün iki bayram və cümə namazı kimi islami fürsətlər dəyərləndirilməlidir.
10.Uşağa itaət etməsi əmr edilərkən aşağıdakı xüsusiyyətlərə riayət edilməlidir:
A-Uşaq sevdiyi başqa bir şeylə məşğul olarkən, uşağa heç nə əmr edilməməlidir.
B-Edilməsi istənilən işin açıq və sadə olmasına çalışmalıdır.
C-Bir vaxtda bir çox əmr verilməməlidir.
D-Uşağın verilən əmri tədbiq etməsi üçün təqib etməli və yerinə yetirilmə müddəti yoxlanılıb gözdən keçirilməlidir.
E-Uşaqda həvəs oyandıracaq təşviqkar ifadələr istifadə edilməlidir.
11.Valideynlər uşaqlarının düzəlməsi üçün çox dua etməlidirlər. Çünki dua və Allaha sığınma, uşaqların islahında çox böyük bir təsirdir. Bilindiyi kimi ana-atanın övladına etdiyi dua, inşallah qəbuldur. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Üç duanın qəbul olunmasında heç bir şübhə yoxdur: Məzlumun duası, qonağın duası və atanın övladına duası”. (İbn Macə, 3853, əl-Əlbani həsən demişdir)
Dua, ana atanın əhəmiyyət verməsi lazım olan, Allahın özlərinə bir yaxşılığıdır. Allahın onları qoruması, islah etməsi və hidayətə yönəltməsini umaraq övladlarımıza dua etməliyik. Edilməsi lazım dualardan biri də Allah Təalanın bu sözündə gələn duadır:
“- Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər”
(əl-Furqan surəsi, 74 )
Ana-ata uşağına bəd dua etməkdən çəkinməlidir. Çünki, ana-atanın övladına duası kimi bədduası da qəbul edilir.


Tarix: 07.05.2013 / 21:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Maraqlı melumatlar
loading...