Peyğəmbərimiz(sav) buyurmuşdur:
"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz.” (Tirmizi)
İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır. Onlara öyrənməyi vacib olan imanın əsaslarını və tabe olacaqları əxlaq əsaslarını öyrətmək, himayəsi altında olduğu insanların borcudur. Əsasən mənəvi ehtiyacların təmin edilməsi daha mühümdür.
Allah Təalanın bizlərə böyük ehsanı və lütfü olan övladlarımız, gözümüzün nuru, qəlbimizin sevinci və həyatmızın bəzəyidir. Onlara gözəl tərbiyə vermək, yaxşı əxlaq sahibi bir şəxsiyyət kimi yetişdirmək kimi yerinə yetirməyimiz vacib olan bir çox vəzifələrimiz vardır. Allah (c.c.) bizi bunlara görə hesaba çəkəcəkdir. Bu vəzifələri yerinə yetirməyimiz bizim üçün əbədi mükafatın səbəbidir.
İnsanın övlad sahibi olmağı, həmçinin böyük məsuliyyət tələb edən bir vəziyyətdir. Dinimizdə ana-ata ilə uşaq arasındakı münasibətlər həm əxlaqi həm də hüquqi əsaslarla bağlanmışdır.Bu halda uşağa ciddi yanaşmalı, gözəl əxlaq sahibi bir insan kimi yetişməyi üçün hər cür fədakarlıq göstərilməlidir.
Körpəlik dövründən etibarən uşaqda sağlam əxlaq formalaşdırılmalıdır.Bu formalaşmada davranış qaydaları hər şeydən əvvəl gəlir. Kiçik yaşlarda uşaqdakı yalnış davranışların qarşısı alınmazsa, sonrakı yaşlarda bunun qarşısını almaq çətin, hətta mümkün olmur.
Uşağın dünya səadətini və axirət səlamətini mühafizə etmək, onu dünyaya gətirən insanların xüsusi fikir verməli olduqları bir məsələdir. Bunun üçündür ki, övladlarımıza doğulduğu andan islam tərbiyəsini aşılamaya çalışmalıyıq.
Bu günün kiçikləri, sabahın böyükləri olacaqdır. Qurani Kərim ifadəsi ilə “ Dünya həyatını bəzəyi” (Kəhf 18/46) olan övladlarımız, sabahlarımızı quran dəyərli varlıqlarımızdır.
Uşaqların əllərindən tutaraq, onları gələcəyə hazırlamaq ən vacib hədəflərimizdən biri olmalıdır.Uşaqlarına sahib çıxmayan cəmiyyətdə bunun nəticəsi çox ağır olur. Onun üçün, gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi yetişdirmək ən birinci vəzifəmizdir.
Atan-ata öz övladlarına çox yaxşı bir örnək olmalıdır. Valideynlər övladlarına xoş və yumuşaq davranmalıdırlar. Düzgün tərbiyə mühiti yaratmalıdırlar.Yaxşı yoldaş seçməkdə onlara kömək etməli və yoldaşları ilə necə davranmalı məsələsində onlara bilik verməlidirlər.
Uşaqlar yaxşı, gözəl davranışlara təşviq edilməlidir. Xoşa gəlməyən davranışlar düzəldilməlidir. Ən vacibi isə ana-atanın uşaqlarına göstərdiyi sevgi və şəvqətdir.
Uşaqlar daim şəvqət və mərhəmətə möhtacdırlar.Sevgili Peyğəmbərimiz, bir hədisində, "Kiçiklərə mərhəmət göstərməyən bizdən deyildir...” (Buxari) buyuraraq uşaqlara qarşı davranışlarımızın təməlində mərhəmət ünsürünü əsas götürmüşdür. Bu hədisdə göstərilən hadisə diqqəti çəkir:
"Bir gün Allahın elçisi, nəvəsi Hz. Həsəni öpmüşdü. Yanında sahabədən biri vardı. Dedi ki; “Mənim on uşağım var, heç birini öpmədim”. Peyğəmbərimiz (s.a.v), "Mərhəmət etməyənə mərhəmət edilməz. İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz" (Buxari) deyə buyurdu.
İnsanlar arasındakı ən dərin duyğu sevgidir. Buna görə Peyğəmbərimiz, sevdiyimiz insana bu duyğumuzu ifadə etməyimizi tövsiyə etmişdir. Bunun kimi, uşaqlara qarşı olan sevgi və mərhəmət duyğusunun da onlara hiss etdirilməsi çox vacibdir. Bunun ən gözəl yolunu Peyğəmbərimizin həyatında da görürük.
Uşağı həyata hazırlamaq, ona gözəl əxlaq, dini biliklər vermək ata-ananın övladına verdiyi ən gözəl sərvətdir. Bu ata-ananın valideynlik vəzifəsi, övladın ata-ana üzərində olan bir haqqıdır. Sevgili Peyğəmbərimiz, "Bir ata övladına yaxşı tərbiyədən daha gözəl bir sərvət qoymamışdır.” buyurmuşdur (Tirmizi)
Uşaqlarımıza qarşı davranışlarımız Peyğəmbərimizin bizə tövsiyə etdiyi kimi olmalıdır. Hər mövzuda olduğu kimi uşaqlarımızın tərbiyəsində də ən gözəl örnəyimiz Peyğəmbərimizdir.
Tarix: 07.05.2013 / 21:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Maraqlı melumatlar