əl-Mutəkəbbir - «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. Mutəkəbbirdir (təkəbbürlük haqqına tək sahib olandır)». (əl-Həşr 22-24). Allah mütəkəbbirdir. Ucalıq və əzəmətdə ona qarşı çıxan azğın varlıqların bellərini qırıb güclərini yox edəndir. Mütəkəbbirdə olan Ta hərfi təklik bildirməkdə və təkəbbürlüyün yalnız Allaha məxsus olduğunu bildirməkdədir. Təkəbbürlük varlıqların həqiqi sifəti deyildir. Çünki varlıqların özəlliyi itaət etmək və boyun əyməkdir. Həqiqi təkəbbürlük Allaha məxsusdur. Peyğəmbər (s.a.v) buyurdu: «Böyüklük (Kibriya) mənim ridam (örtüyümdür), ucalıq isə izarımdır. Kim bu ikisindən biri üzərində mənimlə çəkişərsə onu yox edərəm (Cəhənnəmə ataram)»
(Buxari, Müslim. )
Qatadə (rahimahullah) deyir ki: «Pislikdən imtina edərək böyüklənəndir». Əbu İshaq deyir ki: «Qullarına zülm etməkdən uzaq və ucadır». Qazali deyir ki: «Mütəkəbbir özündən başqa hər şeyi kiçik görən, böyüklük, üstünlük və ucalığı yalnız özündə görən, başqasına, padşahların qullara baxdığı kimi baxandır. Əgər bu baxış gərçək və doğru isə həqiqi təkəbbürlük budur. Belə baxan həqiqi təkəbbürlüyü haqq etmişdir. Bu durum Allahdan başqa heç bir varlıq üçün düşünülməz. Bu yalnız Onun haqqıdır».
Qurtubi deyir ki: «Mütəkkəbir – Rəbb olması ilə hər bir varlılıqdan üstün və böyük olandır. Onun bənzəri, şəriki yoxdur. Hər cür pislikdən uzaqdır. Bütün çirkin sifətlərdən münəzzəhdir. Mütəkəbbir sözünün əsli imtina etmək və boyun əyməkdir. Buna görə də Allah bütün pis sifətlərdən imtina edər və heç bir varlığa boyun əyməz. Mütləq uca və böyük olan yalnız Odur».
Tarix: 05.05.2013 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar