Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran və Sünnəni düzgün anlamamaqda aldanmaq

Insanların arasında elələri də var ki, Quran və Sünnəni düzgün anlamır və əsassız olaraq onlara təvəkkül edirlər. Bəziləri Uca Allahın aşağıdakı sözlərinə ümid edirlər:
“Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan” (əd-Duha, 5). Onlar hesab edirlər ki, davamçılarının Cəhənnəmdə olmasından Rəsulullah(sav) , razı qala bilməz. Bu dəhşətli cahillik və ona aşkar böhtan atmaqdır. Həqiqətən o, Uca və Böyük Allahın razı qaldığı hər bir şeydən razı qalacaq. Allah elə edəcək ki, o, zalım günahkarların, fasiq və satqınların, inadla böyük günah edənlərin cəzasından razı qalacaq. Ey Uca Allah, Rəsulunu Sənin razı qaldığından narazı olmaqdan qoru!

Digərləri Allahın aşağıdakı sözlərinə ümid edirlər:
“Şübhəsiz ki, Allah bütün günahları bağışlayır.” (əz-Zumər, 53) və bu da dəhşətli cahillikdir. Bu ayə əsas və ən əzəmətli günaha Allaha şərik qoşmağa da aiddir və heç bir ixtilaf yoxdur ki, bu yalnız tövbə edənlərə aiddir. Allah tövbə edən istənilən günahkarı hansı günah etməsindən asılı olmayaraq bağışlayır. Bu ayə günahlara tövbə etməyənlərə aid olsaydı onda hədə qorxudan ibarət olan mətnlər, habelə Allaha şərik qoşmayanlara görə şəfaət etmə və onların Cəhənnəmdən çıxmaları barədə hədislər mənasız olardı.
Bu zalalətin səbəbi elmin az olmasında və ayələri düzgün anlamamaqdandır. Iş ondadır ki, bu ayə geniş mənaya malikdir, lakin biz başa düşürük ki, burada söhbət tövbə edənlər barədə gedir, çünki bu məsələ “Ən-Nisa” surəsində xüsusiləşdirilib:
“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar”. (ən-Nisa, 48).
Allah Sübhanə Təala xəbər verib ki, Ona şərik qoşanları bağışlamayacaq, lakin daha yüngül günahları bağışlayacaq. Bu sözlər tövbə edənlərə aid olsaydı onda Allah şirklə digər günahlar arasında fərq qoymazdı.
Bəzi cahillər Allahın: “Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?” (əl-İnfitar, 6) sözləri ilə aldanırlar. Onlar cavab verirlər: “Sənin saxavətin”. Onlardan bəziləri isə deyir: “Allah azmış insana bəraəti öyrədib”. Həqiqətən bu olduqca pis cahillikdir. Onlar zəlalətə düşüblər və bunun da səbəbkarı şeytan, nəfslərinin zülmü, cahillik və pis istəkləridir. Bu ayədə Allah Özünü Əl-Kərim (Saxavətli) adlandırıb, O Əzəmətli Rəbbdir və insan Ona itaət etməlidir, Onun saxavətilə aldanmamalı və Onun qarşısındakı vaciblərə qarşı laqeydlik göstərməməlidir. Lakin bu insanlar zəlalətə düşdülər və lazım olmayanla aldandılar.
Bəziləri Uca Allahın Cəhənnəm barəsində sözlərini düzgün başa düşmürlər: “Ona ancaq ən bədbəxt kimsə girər. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.” (əl-Leyl, 15-16); “onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış” (əl-Bəqərə, 24).
Zəlalətə düşənlər anlamır ki: “Mən sizi alov saçan bir odla qorxutdum” (əl-Leyl, 14) sözləri Cəhənnəmin bütün qatlarına aiddir. Ona görə Allah oraya yalnız ən bədbəxt kimsə girəcək deməyib, lakin “Onda ancaq ən bədbəxt kimsə yanacaq.” (əl-Leyl, 15) deyib.
Əgər insan Cəhənnəmdə yanmayacaqsa bu hələ o demək deyil ki, oraya girməyəcək, çünki oraya girmək daha böyük anlayışdır, xüsusini inkar isə ümumini inkar demək deyil. Bundan əlavə bu azmışlar növbəti ayəni oxusaydılar aydın olardı ki, onlar təqvalı qullara aid deyillər və Cəhənnəmə girməyəcəklərinə ümid etməyə haqqları yoxdur.
O ki, qaldı Cəhənnəmin kafirlər üçün hazırlanması ayəsinə axı Cənnət üçün də deyilib ki, ora “müttəqilər üçün hazırlanmışdır” (Ali-İmran, 133). Cəhənnəmin kafirlər üçün hazırlanması fasiqlərin və zalım günahkarların ora giməyəcəyi demək deyil. Eləcə də Cənnətin müttəqilər üçün hazırlanması qəlblərində zərrə qədər iman olanların lakin, bir dənə xeyir əməl belə etməyənlərin ora girməyəcəyi demək deyil.
Bəziləri aldanırlar ki, Aşura və ya Ərəfa günü oruc tuturlar. Aralarında elələri də var ki, deyirlər: “Aşura günü oruc bir illik günühları yuyur, Ərəfa günü isə oruc savabda əlavə mükafatdır”. Bu azmışlar başa düşmürlər ki, ramazandakı oruca və gündəlik beş namaza görə Ərəfa və Aşura günlərindəki oruclardan daha böyük və şərəfli savab vəd edilib. Sonuncular yalnız insanın böyük günahlardan çəkindiyində onlar arasındakı müddətdə törədilmiş günahlara kəffarədir.
Hətta ramazandakı oruc və cümə namazı insan böyük günahlardan çəkinmədiyi halda onların arasındakı müddətdə edilmiş kiçik günahlara kəffarə ola bilməz, yalnız hər iki əmrin birgə yerinə yetirilməsi kiçik günahları yuyur.
Qul tərəfindən işlənmiş böyük günahlar sünnət orucları ilə necə yuyula bilər? xüsusən də günahlara davam edib tövbə etmirsə? Bu mümkün deyil, halbuki, istisna deyil ki, bəzi hallarda Ərəfa və Aşura günlərindəki oruc keçmiş ilə görə bütün günahları yusun. Bir sözlə buna aid hədislər o mətnlərə aiddir ki, (savab və bağışlanma) müəyyən şərtləri etdikdə və buna mane olan faktorlar olmadıqda vəd olunub. İnsan böyük günahlar etməkdə davam edirsə onda bu günahların kəffarəsinə mane olur. O buna davam etmirsə, onda oruc tövbə ilə birgə birləşərək günahları yuyurlar. Eyniliklə, bu ramazandakı oruca və gündəlik beş namaza aiddir hansılar ki, qul böyük günahları etmədikdə kiçik günahları yuyurlar. Allah Sübhanə Təala deyib: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik” (ən-Nisa, 31).
Deməli Allah günahların yuyulmasına hansısa əməli səbəb təyin edibsə bu onun kimi digər səbəblə birgə yerinə yetirilməməsini bildirmir. Bu iki səbəb birləşərək günahlara daha səmərəli kəffarə olur, nəinki onlardan hər biri ayrılıqda. Günahları yuyan səbəblər nə qədər güclü olarsa, təsir o qədər daha effektli və nəticə daha tam olar.


Tarix: 12.04.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Maraqlı melumatlar
loading...