Şeytanın, ölüm veziyetindeki
insanlara manee olduğunu,
onları inkara çekmək üçün ağıllarına
vesvese verdiyin bilirsiniz..
Daha etraflı xeberin Ardında
2003-cu ilində keçirdiyim bir yol qəzası nəticəsində koma halında xəstəxanaya çatdırılmışdım. Yanımda olan yoldaşım vəfat etmiş, mənə nəzarət edən həkim, qan dəryası içində qalan bədənimdə bir həyat əlaməti görə bilmədiyindən, mənə də ölü hesabatı vermişdi. O axşamkı xəbərdə, qəzada ölən kəslərin arasında mənim də adım var idi
Daha sonraları ölmədiyim aydın olmuş və üç gün davam edən koma halından sonra özümə gəlmişdim. Lakin eşitmə və düşünmə hislərimin xaricindəki bütün funksiyalarımı itirdiyimi hiss edirdim. Ölməkdən çox Cənabı Haqqa hesab verə bilməməkdən qorxur və boğazım sıxılmış kimi tez-tez nəfəs alırdım.
Ruhumu təslim etməkdə olduğumu zənn edərkən, haradan gəldiyini anlaya bilmədiyim bir səs, mənimlə danışmağa başladı. Və nə üçün bu qədər qorxduğumu soruşdu. Səbəbini söylədiyimdə, eyni səs:
-Qorxacaq heç bir şey yoxdu, dedi. Tamamilə əsassız və xurafat şeylərə inandırıldığın üçün belə çətinlik çəkirsən. Allah və axirət günü deyə bir şey yoxduki çətinliyi olsun. Sənə bunların boş şeylər olduğunu isbat edəcəyəm. Əgər məni təsdiq etsən, heç bir çətinlik və narahatlığın qalmadığını görəcəksən.
-Yaxşı dərhal izah et və məni bu çətinlikdən qurtar, dedim.
O səs: Bilirsən ki bitkilər və heyvanlar ömürlərinin sonunda torpaq olarlar. Sən o ağacların və ya heyvanların sənin kimi narahatlıq kecirdiyini qorxduqlarını gördünmü? Əlbəttə xeyr. Çünki yenidən dirilmə və ya hesaba çəkilmək kimi bir şey olmayacağı üçün, onların da bu cür şeylərdən narahatlığı yoxdur. Sən də o boş şeyləri başından cixarsan gör bax necə rahatlayacaqsan!...
Bu sözləri eşitdikdən sonra çətinliyim daha da artdı. "Görəsən dediyi kimi inkara getsəm rahatlayarammı?" deyə fikirləşir, lakin ürək və ruhumun bunu qəbul etmədiyini hiss edirdim.
Birdən, daha əvvəl oxuduğum və ya dinlədiyim imani bəhslər bir film kimi gözümün qarşısından keçməyə başladı. O səsə xitab olaraq:
-Məni yalan ilə aldatmaq istəyirsən, dedim. Amma mən, o dediyin bitki və heyvanlardan fərqli olaraq ağıl sahibiyəm və buna görə etdiklərimdən məsuliyət daşıram. Sən məni onlarla necə bir tuta bilərsən? Həm bir iynə ustasız, bir şəkil rəssamsız, bir kənd muxtarsız ola bilmədiyi halda, bu qüsursuz kainatın bir sahibi və yaradıcısı olmazmı? Və bütün kainatla birlikdə məni də mükəmməl şəkildə yaradan Rəbbim, məni hesaba çəkməyərək başıboş buraxarmı?"
Bəli Risaləsi Nur söhbətlərində dinlədiyim və oxuduğum hər şey, içində olduğum qaranlıq dünyamı işıqlandırmağa başlamışdı. Bir az sonra o səs tamamilə susmuş və mənə cavab verə bilməz hala gəlmişdi. Daha sonra özümə gəlmiş və yoldaşlarımın izah etdiklərinə görə çöldəki azan səsini eşidib namaz qılmaq istəmişəm.
Bu hadisəni sizlərə izah etməyimin səbəbi, iman həqiqətlərinə nə qədər möhtac olduğumuzu ifadə etmək üçündür. Çünki son nəfəsdə iman ilə qəbirə girmək və onu cənnət bağçalarından bir bağçaya çevirərək inşaallah əbədi səadəti qazanmaq, tamamilə bu həqiqətlərin əldə edilməsinə bağlıdır.
Şeytanın, ölüm vəziyətindəki insanlara maneə olduğunu, onları inkara çəkmək üçün ağıllarına vəsvəsə verdiyini və buna görə qüvvətli bir imana sahib olunması lazım olduğunu bilirsiz.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar