Mühacirlər Mədinəyə köç etdikdən sonra yurd həsrətinə qapılaraq qəm və hüzn çəkməyə başladılar. Doğulub böyüdükləri yurdlarını xatırlayır və həsrətlərini dilə gətirirdilər. Ayrıca, Mədinə vəba epidemiyasının yayıldığı bir şəhər idi. Bu, mühacirlərin hüzn və həsrətlərini daha da artırırdı. Mühacirlərdən bir çox müsəlman Mədinəyə gələn kimi qızdırma və bir çox başqa xəstəliklərə tutulmuşdular. Bu vəziyyət barədə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Rəbbinə belə niyaz etdi : "Allahım! Bizə Məkkəni sevdirdiyin kimi, həmçinin Mədinəni də daha çox sevdir və Mədinəni düzəlt. Ölçüsündə və tərəzisində bərəkətli et. Onun epidemiya xəstəliyini Məhaya qədər uzaqlaşdır."
Allah elçisinin bu duasını qəbul etdi. Müsəlmanlar xəstəliklərdən xilas oldular. Və Mədinəni sevdilər.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Mədinədə ilk etdikləri
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə yerləşib sabitlik qurduqdan sonra edəcəyi dini, dünyəvi bütün fəaliyyətlərini planlayaraq tətbiqinə başladı. Bununla yanaşı, Allaha dəvət vəzifəsini heç bir güzəştsiz davam etdirirdi.
Məscidi Nəbəvinin inşası
Bu yolda atılan ilk addım Məscidi Nəbəvinin inşası oldu. Bu torpaq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın dəvəsinin ilk çökdüyü yer idi. Sahibləri iki yetim qardaş olan bu torpaq yüzdə-yüz zira( dirsəy uzunluğu) idi. Torpağın içində müşriklərin qəbirləri, söküntülər və ağaclar var idi. Qəbirlər çıxarıldı, söküntülər düzəldildi və ağaclardan təmizləndi. Məscidin təməli təxminən üç zira ( üç dirsəy uzunluğu) olaraq bina edildi. Divarların quruluşunda palçıqdan düzəldilmiş kərpicdən istifadə olundu. Qapının iki yan tikmələri daşdan edildi. Damı xurma budaqlarından, dirəkləri isə xurma ağaclarından düzəldildi. Qibləsi şimala, Beytul-Məqdisə tərəf çevrildi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da məscidin inşasında səhabələrlə bərabər şəxsən işləyərək daş və kərpic daşıdı. Hamısı birlikdə qəsidələr deyirdilər. Deyilən qəsidələr onlara daha çox həvəs və qüvvə verirdi.
Məscidin yanında daş və kərpicdən iki dənə də otaq düzəldildi. Otaqların damı xurma budağı və yarpaqlarıyla örtüldü. Otaqlardan biri Sevda bintu Zəma, digəri də Aişəyə (Allah hər ikisindən də razı olsun) təsis edildi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın o vaxt hələ başqa bir evliliyi yox idi. Aişənin otağı, Məkkədən gəldikdən sonra hicrətin birinci ili, Şəvval ayında tikildi.
Əzan
Məscidin inşasıyla birlikdə müsəlmanlar beş vaxt namazı camaatla qılmaq üçün yığışırdılar. Ancaq, vaxtı təyin etmək barəsində bir yekun qərar yox idi. Bəziləri tez gələrkən, bəziləri də gecikirdilər. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) dostlarıyla bu vəziyyəti müşavirə etdi. Səhabələrdən bəziləri namaz vaxtlarını bildirmək üçün atəş qalanmasını, bəziləri şeypurun çalınmasını, bəziləri də zəng çalınmasını təklif etdilər. Ömər (radiyəllahu anhu) isə, "Əssalətu Cəmiatun" deyə nida edilməsini təklif etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Ömərin rəyini qəbul edərək namaza bu şəkildə çağırmağı əmr etdi. Sonra ənsardan Abdullah ibni Zeyd ibni Abdur-Rabih (radiyəllahu anhu) yuxusunda əzanı görərək gəlib Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər verdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu haqq yuxudur deyərək onu Bilala öyrətməyini əmr etdi. Çünki, Bilal ondan daha gur səsli idi. Bilal, əzanı öyrəndi və oxudu. Bilalın oxuduğu əzanı eşidən Ömər ibni Xəttab (radiyəllahu anhu) qaçıb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək : "Vallahi mən bunun eynisini yuxuda gördüm" dedi. Beləcə yuxu təyid edilmiş oldu. O gündən bu yana əzan İslamın şüarlarından bir şüar olaraq davam edərək gəlmişdir.
Mühacirlərlə Ənsarlar arasında qurulan qardaşlıq
Ənsar (Mədinəli müsəlmanlar) Məkkədən köç edib yanlarına gələn mühacirləri Mədinəyə qəbul etməyə və evlərinə yerləşdirmək xüsusunda bir-biriləriylə yarışacaq dərəcədə yüksək əxlaq və kərəm sahibiydilər. Allahın onları bu kərim ayədə təsvir etdiyi kimiydilər.
«Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.» (Həşr / 9)
Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) daha sonra Ənsar və Mühacir arasındakı bu sevgi və israrı, aralarında qardaşlıq əlaqəsi quraraq hər bir Ənsar ilə qonağı olan Mühaciri qardaş etdi. Bir-biriləriylə qardaş elan edilən səhabələrin hamısı doxsan nəfər idi. Bunların yarısı Ənsardan olduğu kimi yarısı da mühacirlərdən idi. Qardaşlıq əlaqəsinə görə qardaş elan edilən kəslər öləndən sonra da bir-birilərinə malları xüsusunda mirasçı ola biləcəkdilər. Daha sonra qardaşlıq əbədi qalmaqla birlikdə, bir-biriləriylə qan bağlılığı xaricində bağlı olanların miras haqqı hökmü qaldırılmışdır. Bu qardaşlıq münasibətinin elanı Ənəs ibni Malik (radiyəllahu anhu)`in evində baş tutmuşdur.
Ənsar, Mühacir qardaşlarına olan sevgilərindən dolayı Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan sahib olduqları xurma bağlarını özləri ilə mühacir qardaşları arasında paylaşdırmağını rica etdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu cömərd təkliflərini rədd etdi. Ancaq, işlədiklərindən əldə edilən məhsula ortaq olmaları təklifini qəbul etdi.
Səd ibni Rəbi insanların mal baxımından ən varlı olanlarından idi. Mühacir qardaşı Abdur-Rəhman ibni Aufa bu təklifi etdi. Malımın yarısı mənə, yarısı sənə olmaq üzrə iki yerə ayıracağam. Ayrıca iki xanımım var, hansını bəyənirsənsə, onu boşayım, gözləmə müddəti sona çatdıqda evlənərsiniz.
Abdur-Rəhman ona belə cavab verdi :
"Allah malını da, ailəni də sənə bağışlasın. Bazarınız haradadır?" Qardaşı ona Bəni Kaynuka bazarını göstərdi. Abdur-Rəhman tacir bir şəxs idi. Əlində olan az miqdar bir mal ilə ticarətə başladı. Çox keçmədən sərmayə və ticarətini artırıb Ənsarlı bir qadınla evləndi.
Tarix: 02.05.2013 / 22:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Maraqlı melumatlar