Məkkədə yerləşən ev İslamın ilk illərində olduğu kimi indi də elm yaymaqdadır
Həzrəti Məhəmmədin Məkkədə doğulub böyüdüyü ev hələ də ziyarətçi axınına uğramaqdadır. Ev İslamın ilk illərində olduğu kimi yenə də elm yaymaqda davam edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kəbənin 100 metr yaxınlığında yerləşən ikimərtəbəli ev hazırda kitabxana kimi fəaliyyət göstərməkdədir.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s.ə.s) babası Əbdülmütəllibin himayəsinə keçincəyə qədər uşaqlıq illərinin keçirdiyi ev Kəbənin Bab-üs-Səlam qapısı tərəfdə Şib-i Əbu küçəsində yer alır. Evdə Məhəmməd peyğəmbərin (s.ə.s) anası Əminənin əlləri ilə yellədiyi ağac beşiyin olduğu kimi durduğu bildirilir.
Məhəmməd peyğəmbərə (s.ə.s) qarşı İslamın yayılmasını əngəlləmək üçün uzun illər mücadilə verən Əbu Cəhlin evinin yer alığı yerdə isə Kəbənin ayaqyolusu yerləşir. Qeyd edək ki, Əbu Cəhl olaraq tanınan şəxsin əsl adı Əmir ibn Hişamdır. O, müsəlmanlara qarşı törətdiyi əməllərdən və bütlərə inanması inadından belə bir ləqəb almışdı.Əmir ibn Hişamın Həzrəti Məhəmmədə qarşı bir gün söylədiyi bu sözlər ona "Cəhalətin atası" ləqəbinin verilməsinə səbəb olmuşdu: "Mən onun şübhəsiz peyğəmbər olduğunu bilirəm, ancaq nəyə görə o, bizim sülaləmizdən çıxmayıb".
Tarix: 04.06.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar