Bunu bildikdən sonra insanın qəlbində Allahı sevməklə digər (Allahdan başqa ibadət edilən ağaclar, daşlar , qəbirlər və sairə) olan eşq bir yerdə olması heç vaxt mümkün deyil. Bunların ikisi də zidd olan bir şeylərdir və heç vaxt birləşə bilməzlər. Mütləq bunların birisi digərini qəlbdən çıxarmalıdır. Əgər sənin qəlbində Allah sevgisi varsa, digər olan haram sevgilər sənin qəlbindən çıxmalıdır. Əgər bunlara sevgi varsa, onda sənin Allaha olan sevgin zəifləyir.
Əgər bir kimsənin qəlbində Allah sevgisi olarsa, bu sevgi onu başqalarını sevməkdən yayındırır. Allahdan başqasını sevdikdə isə onu da Allah üçün sevir və ya Allahın sevgisinə bir vasitə olduğu üçün sevir. Buna görə də Allahdan qeyrisi müstəqil olaraq sevilmir. İnsanda həqiqi sevgi varsa, o, Allahı təkləşdirməyi tələb edir. Allahdan qeyrisini sevgidə Allaha şərik qoşmamağı tələb edir. Hətta insanlar arasında başqasını sevdiyinə görə qısqandığını görürsən. Onda insan başqasını (sevgidə) Allaha necə şərik qoşa bilər. Bu sevgi yalnız tək olan Allaha aiddir. Allahdan qeyrisini sevmək isə sahibi üçün bir əzab və bəladır. Buna görə Allah ümumən şirki, o cümlədən məhəbbətdə Ona şərik qoşanı bağışlamır. Bundan aşağı olanları isə istədiyinə bağışlayır. Bu kimi şeyləri sevmək insana daha mənfəətli olanı ötürür. Əksinə ondan elə bir şeyi ötürür ki, insanın xoşbəxtliyi, səadəti, həqiqi həyatı Onu sevməkdədir. Buna görə də bəndə bu iki sevgidən birini seçməlidir. Çünki, onların ikisi də bir qəlbdə yerləşə bilməz. Od ilə su kimi. Əgər bir kimsə Allaha sevgidən, Allaha zikrdən, Allahala qovuşmaq istəyindən üz döndərərsə, Allah da onu başqasını sevməklə imtahana çəkir və bununla ona dünyada əzab verir. Həmçinin, bərzəxdə və axirətdə də əzab verir. Ona bütləri sevməklə, xaçları, qadınları sevməklə imtahan edir. İnsan da sevdiyinin quludur. Əgər bir kimsənin ilahı Allah olmazsa, onun ilahı öz nəfsi-istəyi olar; "Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?" (əl-Casiyə 23).
İBADƏTDƏ SEVGİ
İbadət nədir? İtaətkarlıqla yanaşı sevgidir və həmçinin sevdiyinin qarşısında zəlil olmaqdır. Təabbudun – itaətlə yanaşı sevmək, sevgi ilə yanaşı da insanın zəlil olması ibadətin xüsusiyyətidir. Əgər bir kimsə bir şeyi sevərsə artıq qəlbini ona yönəltmiş, qəlbi ona ibadət etmiş olar. Təabbud – sevginin ən axırıncı dərəcəsidir ki, buna da Tətəyyum deyilir. Sevginin birinci mərtəbəsinə qəlbi ilə (əlaqə) bağlanması olduğuna görə Ələqa – deyilir. İkinci dərəcəsi Sabəbə – qapanmaq adlanır. Çünki, qəlb artıq sevdiyinə qapanmışdır. Üçüncü dərəcəsi Ğaram – bir şeylə yanaşı olmaq. Sevginin qəlbdə daima (uzaqlaşmadan) olması. Buna görə də ərəb dilində borclu insana Ğarim deyilir. Borc sahibinin həmişə dalıyca düşdüyünə görə ona ğarim deyilir. Cəhən¬nəmin əzabı da Ğaramə (daimidir). Dördüncü dərəcəsi Eşq – bu isə sevgidə ifrata varmaqdır. Buna görə də Allah eşqlə vəsf olunmaz. Beşinci dərəcə Şövq – qəlbin sevdiyinə qarşı səfər etməsidir.
Əmmar ibn Yasir (r.a) namaz qıldıqdan sonra dua edir: "(Bu dua təşəhhüd ilə salamın arasında deyilir) Allahım! Mən Səndən qeybi bilməyinlə və məxluqat üzərində olan qüdrətinlə Səndən istəyirəm ki, həyat (yaşamaq) mənim üçün xeyirlidirsə məni yaşat, ölümüm xeyirlidirsə mənim canımı al. Allahım! Mən səndən qeyibdə və aşkarda Səndən qorxmağı diləyirəm. Səndən qəzəbdə və razı olduğun halda haqq kəliməni söyləməyi diləyirəm. Kasıblıqda da, varlılıqda da mötədil olmağı Səndən diləyirəm. Səndən qurtarmayan bir nemət diləyirəm. Səndən kəsilməyən sevinc, ölümdən sonra sərin bir yaşayış diləyirəm. Sənin camalına baxmağı diləyirəm. Səninlə görüşməyə şövq diləyirəm. Heç bir çətinliyə, fitnəyə düşmədən Allahım bizi iman zinəti ilə zinətləndir və bizi doğru yolda olub yol göstərənlərdən et!"
Peyğəmbər (s.a.v) buyurdu: "Əgər bir kimsə Allah ilə görüşməyi sevərsə, Allah da onunla görüşməyi sevər". “Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir”. (əl-Ənkəbut 5). Allah bilir ki, bu Allah dostlarını Allah ilə görüşməyi (şövqi) güclüdür, qəlbləri Allah ilə qovuşmasa sakitlik tapmayacaqdır Allah onlar üçün müəyyən bir vaxt təyin etdi ki, onların nəfsləri sakitləşsin. Kim Allah ilə qovuşmağı ümüd edirsə, həqiqətən Allahın təyin etdiyi vaxt gəlib çatacaqdır. Həqiqətən də ən gözəl yaşayış, bu sevənlərin şövq içində olanların yaşayışıdır. Həqiqətən də onların yaşayışı gözəl yaşayışdır. Qəlb üçün bu yaşayışdan daha xoş və gözəl yaşayış yoxdur. Bu da ayədə zikr olunan gözəl yaşayışdır; "Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik". (ən-Nəhl 97). Burada həyat dedikdə möminlərlə kafirlər, yaxşı insanlarla pis insanlar arasında olan həyat qəsd olunmur. Çox vaxt görürsən ki, Allahın düşmənləri dünya həyatında (yemək, içmək və s. kimi şeylərdə) Allah dostlarından daha yaxşı yaşayırlar və üstün olurlar. Ona görə də bu ayədə qəsd olunan gözəl yaşayış başqa bir şeydir. Allah iman gətirib saleh əməl edən kimsəyə xoş həyat verməyə artıq zamin durmuşdur. Allah öz vədinə sadiqdir. Dərdləri toplaşaraq bir dərdi olan kimsədən gözəl yaşayışı olan kimsə ola bilərmi. Hansı ki, onun bütün dərdi bir olan Allahın razılığını qazanmaqdır. Qəlbi, fikri dağınıq, başqalarının razılığını qazanmağa yönəlməyib. O, artıq Allaha yönəlib. Artıq onun fikirləri, qəlbi Allaha yönəlib. Artıq Allahı sevmək, Onunla görüşmək, şövqün, istəyin olması, Onunla yaxınlaşaraq ünsiyyət tapmaq onun qəlbini bürümüşdür. Qəlbində olan fikrin başlanğıcı da bunun üzərində olur. Görürsən ki, susanda Allah üçün susur, danışanda Allah üçü danışır, baxanda da Allahla baxır (Allah onun baxışını qoruyur), tutanda da Allahla tutur, atdığı addımları da xeyirli yerlərə atır və Allahla hərəkət edir, Onunla yaşayır və Onunla da ölür.
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm".
(əl-Buxari 6021, 6502.)
Bu hədis özündə məhəbbətin, Allah sevgisini qazanma səbəblərinin ikisini özündə əhatə etmişdir. Fərzləri yerinə yetirmək və həmçinin də nafilələri yerinə yetirmək. Allah bu hədisdə xəbər verir ki, Allaha yaxınlaşanların içərisindən ən çox sevdiyi fərz olan ibadətlə yaxınlaşanlardır. Bundan sonra isə nafilə ibadətlərlə yaxınlaşanlardır. İnsan nafilə ibadətlərin sayını o qədər çoxaldır ki, hətta Allahın sevdiyi bir insana çevrilir. Allahı sevmək onun qəlbində elə bir sevgi yaradır ki, artıq başqasını sevməkdən üz döndərir. Allahdan başqasına onun qəlbində yer qalmır. Şəkk yoxdur ki, belə bir insan eşidəndə Allahla eşidir (Allah onun qulağını qoruyur, eşitdikdə yalnız xeyirli şeylər eşidir), görəndə də Allahla görür (gözü yalnız xeyirli şeylərə yönəlir), tutanda da Allahla tutur (Allah onun əli ilə tutmasını da qoruyur), yeriyəndə də Allahla yeriyir (xeyirli yerlərə gedir). Daima özünü Allahın nəzarəti altında bilir. Bu hədisdə zikr olunan əsas qulaq, göz, əl və ayaqdır. Bu əzalar dərk etmək və əməl etmək əzalarıdır. Çünki, görmək və eşitmək qəlbə iradə və ikrah (nifrət) hissi gətirir və sonra bununla da əlini və ayağını işlədir. Əgər bəndənin görməsi də, eşitməsi də Allahla olarsa onun bu dərk etmək əzaları Allah tərəfindən qorunmuş olur. Həmçinin, o insan sevgisində də, nifrət etməsində də qorunmuş olur. O, işləri tutanda da, yeriyəndə də Allah üçün edər. Əgər o insanın qulağı, gözü qorunursa eyni ilə dili də qorunar. Çünki, yuxarıda qeyd etdiyimiz kimi qulaq, göz bunlar nə gətirirlərsə qəlbə gətirirlər. Dil isə qəlbin tərcüməçisidir. Qəlbdə olanları danışır. Allahın bu bərabərliyi də xüsusi bərabərlik adlanır.
Tarix: 10.04.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 716 Bölmə: Maraqlı melumatlar