Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) -TƏVVAB

ət-Təvvab – Tövbələri qəbul edən deməkdir. «Şübhəsiz ki, O tövbələri qəbul edəndir». (əl-Bəqərə 37). «Allah tövbələrinizi qəbul etmək istər». (ən-Nisa 27). «Qullarından tövbəni qəbul edən Odur». (əş-Şura 25).

Tövbə – günah olan şeydən dönmək, onu tərk etmək deməkdir. Qulun tövbə etməsi Allahın əmr və qadağalarına üsyan etməkdən vaz keçib, bu əmr və qadağalara uyğun hərəkət etməkdir. Üsyanı buraxıb itaətə dönməkdir. Xattabi deyir ki: «Təvvəb – qullarının tövbələrini qəbul edəndir. Allah qulu tövbəyə müvəffəq edər, qul tövbə etdikdə tövbəsini qəbul edər. «Sonra tövbə etsinlər deyə onların tövbəsini qəbul etdi». (ət-Tövbə 118). Təvvəb – Qullarının tövbə yollarını asanlaşdırandır. İman özündən əvvəlki günahları silib yox etdiyi kimi, tövbə də özündən əvvəlki günahları silib yox edər. «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görərsə, o şübhəsiz ki, Allaha yaxşı bir dönüşlə dönər». (əl-Furqan 70,71). İman və tövbə, hər ikisi də qəlblə əlaqəli əməllərdir. İman, qul Allaha təslim olmadıqca Onun əmr və qadağalarına uymadıqca tamamlanmadığı kimi tövbə də günahları tərk etmədikcə tamamlanmaz. Tövbə imanın bir parçasıdır.


Tarix: 05.05.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 42 Bölmə: Maraqlı melumatlar
loading...