Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Peyğəmbərin "Vida" xütbəsi

Ya Rəbb ! Həmd və səna sənə məxsusdur. Hər izzət və şərəf Sənin adınadır. Bir tək Allahdan başqa ibadətə və itaətə malik olan bir ilah yoxdur . Onun şəriki tayı bərabəri yoxdur .Bütün mülk onundur. Ona şükür-sənalar olsun.O,hər şeyə qdidirdir.
Sözünü gerçəkləşdirdi. Quluna yardım etdi . Əleyhində birləşənləri məğlubiyyətə uğratdı.

Hz.Peyğəbər Allahu Təəlaya həmdü səndən sonra belə buyurmuşdur;
‘’Ey insanlar! Məni dinləyin.Bəlkə ,bu ildən sonra burada sizinlə bir daha görüşə bilmədim . İslamiyyətdən öncəki zamana aid olan bütün cahiliyyət adətlərini ayağımın altına alıb əzirəm.
Bir ərəbin ərəb olmayandan, bir başqasının da ərəbdən heç bir üstün cəhəti yoxdur.
Çünki bütün insanlar Adəmd oğullarıdır. Adəm də torpaqdandır.
Ey insanlar , sözlərimi dinləyin və dərk edin ; Hər bir müsəlman , digər Müsəlmanın qardaşıdır . Bütün möminlər qardsaşdır.
Bir kimsəyə qardaşının malı halal olmaz . Əgər könül razılığı ilə verməzsə . Özünüzə zülm etməyin.
Kölələrə gelincə; Onlara da öz yediklərinizdən yedirdin və geydiklərinizdən geyindirin. Əfv edə bilməyəcəyiniz bir xəta işləsə onlardan ayrılın .
Onlar da Allahın qullarıdır . Və pis rəftar edilməyə layiq deyildirlər .
Cahiliyyət adətlərini ayağımın altına alıb məhv edirəm . Bütün qan davaları tamamilə qaldırılmışdır.
Bunlar yalan və uydurma şeylərdir. Ortadan qaldırılan ilk qan davası Əbdülmütəllib oğullarından harisin qan davasıdır.
Hər cür sələm (faiz) sələmçilik də aradan götürülmüşdür. Allah sələm yoxdur deyir. Ortadan götürülən ilk faiz (sələm) əmim Əbdül-Müttəllib oğlu Abbasın sələmidir.
Sərmayələriniz yenə sizindir , Nə zülm ediniz, nə də zülm görün . Borclular borc verənlərə ancaq onlardan aldıqları pulu qaytaracaqlar .
Ey İnsanlar ! sizin qadınlarınız üzərində bir sıra haqlarınız vardır.Onlar sizin haqlarınıza əməl
etməlidirlər.Onların da sizin üzərinizdə haqları vardır. Onlara qarşı yaxşı rəftar edin. Yoldaşlarınıza şəfqətlə münasibət göstərin .
Onları meribanlıqla qarşılayın.Siz onları Allah əmanəti olaraq aldınız.Onlar sizə Allahın əhdi ilə halal olmuşdur.
Ey İnsanlar ! Rəbbinizə qovuşacağınız vaxta qədər ,
Bu gün nəcə müqəddəs bir gündürsə , bu ay necə müqəddəs bir aydırsa və bu bölgə nəcə mübarək bir bölgə isə ,qanlarınız və mallarınız da elə müqəddəsdir. Hər birinizin qanı və malı o birinə haramdır. Qiyamət günündə Rəbbinizin hüzuruna çıxacaqsınız . O da sizdən nə etdikleərinizi bir-bir soruşacaq və ona görə mükafat və cəza veriləcəkdir. Ehtiyatlı olun , Məndən sonra kafirlər kimi firqə-firqə (hissə-hissə) olub bir-birinizin boynunu vurmayın .
Özündə o bir əmanət saxlayan adam bu əmanəti sahibinə verməlidir .
Ey insanlar , Sizə elə bir şey verirəm ki, ondan möhkəm yapışdığınız müddət səhv yola düşməzsiz. O da Allahın Kitabı və Rəsülünun sünnətidir. ( yoludur,söz və əməlidir)
Allah hər haqq sahibinin haqqını vermişdir . bu səbəbdən varislər üçün vəsiyyət etməyə ehtiyac yoxdur. Uşaq kimin yatağında doğuldusa , ona aiddir. Zina edənlərin görəcəkləri şey şəri cəzadır. Onların hesabı Allaha aiddir.Atasından qeyrisinə aid olduğunu iddia edən , yiyələrindən başqalarına üz tutan kölələr, Allahın lənətini qazanarlar .
Ey insanlar ! Bir qadın ərinin izni olmadan ,onun malından heç bir şeyi başqasına verməsi düzgün deyildir . Borc ödənilməlidir . Kirayə götürülən mal geri verilməlidir. Hədiyyəni hədiyyə ilə qarşılamaq yaraşar . Başqalarına zamin olan adam zamin olmağın (şahidliyin) məsuliyyətini daşıyır .
Ey insanlar ! Şeytan sizin bu yurdunuzda ona qulluq etmənizdən ümidini kəsmişdir. Ancaq pis əhəmiyyət vermədən gördüyünüz bir sıra əməllərlə könlü xoş olur. Dininiz xüsusunda ondan ehtıyatlı olun .
Ey insanlar ! Çox həddini aşmaqdan ifratdan çəkinin , əvvəlkilərin məhv olma səbəbi ,dində hədlərini aşmaq olmuşdur. Haram ayların vaxtını gecikdirmək küfrün ifrat dərəcəsidir. Küfr edənlər onunla azdılar.
Onu bir il halal sayaraq ,bir il haram sayaraq Allahın qan tökməyi qdağan etdiyi ayları gecikdirmək və beləcə Allhın haram qıldığını halal qılmaq,halal etdiyini haram saymaq istəyərlər.Zaman döndü dolandı,neçə dövrlər yaratdı,yenə Allahın yeri,göyü yaratdığı zamanki halına gəldi. Allah nəzdində ayların sayı on ikidir. Dördü haram aylardır,üçü bir-birinin ardıyca gəlir .Rəcəb isə təkdir. Hər qatil günahından özü məsuldur.Heç bir qatilin işlədiyi günah üşaqlarına çatmaz.Heç bir oğulun və qızın günahı ata-ananı cavabdeh etməz.
Müsəlmanları doğru yola yönəldən adam ,kəsik burunlu zənci də olsa ona itaət edin ki, Cənnətə girəsiniz.Burada olanlar olmayanlara sözlərimi çatdırsınlar.Ola bilər ki,burada olmayanlar ,olanlardan daha çox bunları xatırlayarlar.
Təbliğ etdimmi ?
-Bəli ya Rəsulallah ! dedilər.
Bu sözdən sonra :
-’’Şahid ol ya Rəbb’’ ’’Şahid ol ya Rəbb’’ ’ ’Şahid ol ya Rəbb’’ deyərək buyurdu .


Tarix: 18.04.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Maraqlı melumatlar
loading...