Aləmlərin Rəbbinə şükürlər olsun. Tövhid və sünnənin düşmənləri olan sufilər haqq dəvətlə müxtəlif yollarla müharibə edirlər. Bu müharibəyə hədisləri təvil və təhrif etmələri, özlərinin zəlalətdə olmalarını sübut etmələri üçün zəif və hətta uydurma hədis və rəvayətləri dəlil göstərmələri misaldır. Onların şübhələrindən biri də aşağıdakı "hədisdir".
Ömər ibn əl Xəttabdan (r.a) mərfu olaraq gələn rəvayətdə o belə deyir : "Adəm günah işləyəndə belə dedi: Ya Rəbb. Muhammadın haqqı ilə səndən istəyirəm ki, mənim günahımı bağışlayasan. Allah dedi: Ey Adəm. Sən Muhammadı haradan tanıdın, mən heç onu yaratmamışam. O dedi: Ey Rəbb, Sən məni əllərinlə yaradanda, və ruhundan mənə üfürəndə başımı qaldırdım və ərşin sütunları üzərində bunların yazılı olduğunu gördüm: "La ilaha illallah Muhammadan Rasulullah" Və bildim ki, sən Öz adının yanına ancaq ən sevdiyin şəxsi əlavə edərsən" Allah dedi: "Düz deyirsən ey Adəm, o mənə ən sevimli quldur, sən məndən onun haqqı ilə istə, mən səni bağışladım, Muhammad olmasaydı mən səni yaratmazdım" Bu hədisi Hakim Mustadrak əsərində göstərib (2/615)
Zəhəbi bu barədə belə deyir: "Hədis uydurmadır. Abdurrahman uydurmaçıdır. Və Abdullah ibn Məsləm əl Fəhrinin kimi olduğunu bilmirəm"
Fəhrini "Mizanul İtidal" kitabında bu hədis üçün gətirib və "Batil xəbər" deyib
Beyhaki "Dəlail Nubuvvə" kitabında "Əbdurrəhman ibn Zeyd ibn Əsləm zəif rəvayətçidir"
Şeyx Albani rahimahullah bu barədə: "Sözün sonunda deyirəm ki, bu hədisin Peyğəmbər (s.ə.s)-dən əsli yoxdur. Ona iki möhtərəm hafiz – Əsqəlani və əzZəhəbi- batil hökmü verib. (İmam əl Alban rahimahullahın Zəif hədislər silsiləsi kitabından birinci cild, hədisin nomrəsi 25)
Şeyxulİslam ibn Teymiyyə rahimahullah (Allah onun dərəcəsini artırsın) deyr: "Hakim bu rəvayət barəsində "Kitabul mudxil ila mərifətissəhih minəssəkim" deyir: "Əbdurrəhman ibn Zeyd ibn Əsləm atasından rəvayət etdiyi hədislər uydurmadır"
Tarix: 18.04.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar