Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyərli sözlər

Eşq şəriəti, bütün dinlərdən ayrıdır. Aşiqlərin şəriəti də Allahdır, təriqəti də.
Ağıl padşahı qəfəsi qırdımı, quşların hər biri bir istiqamətə uçar.
Eşq nədir, bilmirsənsə gecələrə soruş, bu sapsarı üzlərə, bu qup-quru dodaqlara soruş.
Aclıq, dərmanların padşahıdır. Həkimlər niyə pəhriz verər düşünüsən.

Əslində təsbeh, səccadə, tövbə, günahdan çəkinmə, bunların hamısı yolun başıdır.

Adam döyüşməklə çətin ər sayılmaz, hirsləndiyi zaman özünü tuta biləndir çətin.
Ağılın varsa bir başqa ağılla dost ol da, işlərini məsləhətləşərək et.
Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur.

Eşq dediyin ya Allahdan gəlməli. Ya Allah üçün olmalı. Ya da Allaha çatdırmalı; yoxsa yerlə bir olmalı.
Ağılın başına gəlincə peşman olacağın bir işi əsla etmə.
Bir insanın necə güldüyündən tərbiyəsini, Neyə güldüyündən isə zəkasını və səviyyəsini anla.
Məlumat, sərhədi olmayan bir dənizdir. Məlumat diləyənsə dənizlərə açılan bir dalğıcdır.

Biz birləşdirmək üçün gəldik, ayırmaq üçün deyil.
Biri gözəl bir söz söyləyirsə bu, dinləyənin dinləməsindən, anlamasından irəli gələr.
Gözəl söylə də xalq, əsrlər boyunca oxusun.
Tanrının toxuduğu parça nə köhnələr, nə köhnəldər.

Səmada, ulduzlar arasında parlaqdır.ay necə görünsə aşiq də yüzlərlə adam arasında elə görünər, o göründümü hər kəsin parlaqlığı sönər.
Hər vaxt doğrunu söylə, amma hər vaxt hər doğrunu deyil.
Ehtiras insanı kor və axmaq edər.
Hər kəs xaricini bəzəyərkən, sən içini, ürəyini bəzə. Hər kəs başqasının ayıbını araşdırarkən, sən öz ayıblarınla məşğul ol. İnsanları yaxşı tanıyın, hər insanı pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin.

Mənliyin, özünü görüb bəyənmənin ətrafında gəzməyin.
Özünə gəl, yeni bir söz söylə də dünya yenilənsin! Sözün elə bir söz olmalı ki; Dünyanın da sərhədini aşmalı. Sərhəd nədir, ölçü nə? Bilməməli!
Qorxu kişidir, ümid isə dişi; onlardan ölümsüz və təmiz şeylər doğular.
Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan. Qüsuru örtməyi öyrən. o zaman qüsursuz olarsan.

Nə qədər alimlər vardır ki gerçək məlumatdan, həqiqi mədəniyyətdən nəsibsizdirlər. Bu elm sahibləri, məlumat hafizidir, məlumat sevgilisi deyil.
Nə deyə lovğalanıb böyüklənirsən? Doğumun bir damla su, ölümün bir ovuc torpaq deyilmi?
Nə tükənməz xəzinəsən ey dil! Nə dərmansız bir dərd.. Madam ki özündə bir dərd və ya peşmanlıq hiss edirsən; bu, Allahın sənə olan köməyinin və sevgisinin bir dəlilidir.
Sənin üçün başqasını tərk edən, başqası üçün də səni tərk edər.
Söz söyləyən kamal sahibi olsa, bacarıq və həqiqət süfrəsini sərdimi, o süfrədə hər cür yemək tapılar. Hər kəs orada qidasını tapar.


Tarix: 03.06.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Maraqlı melumatlar
loading...