Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Ki, Görür...

" Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. Kafir olanlar isə Qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri olmayan (səmərəsiz) bir günün əzabı onlara gəlib yetişənədək şəkk-şübhədə olmaqla davam edirlər"
("Həcc" surəsi, ayə 54-55)

Günlərin biri Güneyt Bağdadı bir məcusi (müsəlman olan, zərdüşt) şəxsin quşlara yem verdiyini görür. Ona yaxınlaşaraq deyirI" Özünü hədər yerə yorursan, əgər bu işlə savab qazanacağını güman edirsənsə, yanılırsan. Allaha iman gətirib Onun vacib etdiklərini yerinə yetirməyincə bunların sənə nə bu dünyada, nə də axirətdə bir faydası olacaq"
Məcusi deyir: " Qəbul olunmayacağını mən də bilirəm. Amma Allah nə etdiyimi görüb bilməzmi?". Güneyd Bağdadi cavab verirI" Əlbəttə, görüb bilər". Məcusi deyir: " Bu mənə yetər".
Bu söhbətdən iki il keçir. Güneyd Bağdadi Həcc ziyarətini yerinə yetirərkən məcusinin Kəbənin divarına sarılıb göz yaşlarını axıtdığını görür. Təvafı bitirdikdən sonra ona yaxınlaşır. Məcusidə onu tanıyaraq deyir:" Görürsənmi, Allah görürdə, eşidirdə". Məcuhi bunu deyib Kəlməyi-Şəhadəti dilinə iqrar edir və canı elə oradaca Allaha tapşırır.
Güneyd Bağdadi ziyarəti bitirər-bitirməz qulağına belə bir səda gəlir: "Ey Güneyd! Sən evimi niyyət edərək gəlib ona qoşuldun, o isə Məni arzu edərək gəldi və Mənə qovuşdu".


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...