Fərz buyurulan namazlar beşdir: Zöhr, Əsr, Məğrib, İşa və Sübh.
Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İsraya gedərkən namaz ona əlli rükət fərz buyurulmuşdu. Sonra azaldılıb beş edildi.
Sonra nida gəldi ki, “Ey Məhəmməd, Mənim sözüm dəyişən deyil. Bu beş namaza görə sənə əlli namazın savabını verirəm»[1].
Talha ibn Ubeydullah (Allah ondan razı olsun) deyir ki, saçı pırtlaşıq olan bir nəfər bədəvi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: Ey Allahın elçisi, Allahın mənə fərz buyurduğu namazları mənə de! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «(fərz buyurulan) Beş vaxt namaz. Amma özün istəsən əlavə nafilə namazları qıla bilərsən»[2].
Namazın dindəki məqamı:
Abdullah İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq"[3].
---------------
[1] Tirmizi: 1/ 137/ ? 213. O, bu hədisi mətndəki kimi müxtəsər rəvayət etmişdir. Hədisin tam variantını isə; Buxari: 7/ 201/ ? 3887. Müslim: 1/ 145/ ? 259. Nəsai: 1/ 217.
[2] Buxari: 1/ 106/ ? 46. Müslim: 1/ 40/ ? 11. Əbu Davud: 2/ 53/ ? 387. Nəsai: 4/ 121.
[3] Buxari: 1/ 49/ ? 8. Müslim: 1/ 45/ ? 16. Tirmizi: 4/ 119/ ?2736. Nəsai: 8/ 107. Hədisin bu tərtibatı Müslimə məxsusdur.
Tarix: 02.05.2013 / 22:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar