Nəfsə tabe olan bir müsəlman ,imanı zəifləmiş olur
İslam dini, rahatlıq və sakitlik içində yaşamaq üçün lazımi və dünya ləzzətlərindən faydalı olanları qadağan etmir. Bunların əldə edilməsi və istifadəsində ağıl və dinimizə əsaslanmaq əmr edilmişdir.
İslam dini, insanların dünyada da, axirətdə də sakitlik və rahatlıq içində yaşamağını istəyir. Bunun üçün ağılla hərəkəti əmr edir. Nəfsə uymağı qadağan edir. Ağıl yaradılmasaydı, insan hər zaman nəfsinə uyar, fəlakətə sürüklənərdi. Nəfs olmasaydı insan yaşamaqda və mədəni həyatında qüsurlara yol verərdi və nəfs ilə cihad, böyük cihad savabından məhrum olardı. Mələklərdən daha üstün olmaq yolu qapalı qalardı. Hədisi şərifdə buyurulur ki:
“Axirətdə nələrin olacağını, sizin bildiklərinizi heyvanlar bilsəydi, yemək üçün ət axtarmazdılar” (Bəyhaqi)
Yəni heyvanlar axirətdəki əzabların qorxusundan yeməkdən, içməkdən kəsilərdilər. Bir dəri, bir sümük qalardılar. İnsanlarda nəfs olmasaydı, heyvanlar kimi qorxudan, yeməz,içməz, yaşaya bilməzdilər. İnsanların yaşaya bilməyi, nəfslərinin qəfləti və dünya ləzzətlərinə düşkün olmaqlarından irəli gəlir. Nəfs həm iki tərəfi kəsən bıçaq kimidir, həm də zəhərli dərman kimidir. Təbibin tövsiyəsinə görə istifadə edən, bundan fayda qazanar.Həddini aşan həlak olar. Dinimiz, nəfsin həlak edilməsini deyil, yox edilməsini deyil, təribiyə olunmasını əmr edir.
Nəfsin mahiyyəti nədir?
Allahu Təala insanda üç şeyi yaratdı: ağıl, qəlb və nəfs. Bunlardan heç biri görünmür.Peyğəmbərlər və vəlilər xaric hər kəsin nəfsi azğın ola bilər. Bu nəfsə (nəfsi əmmarə) deyilir ki, pisliklərə sürükləyən nəfs deməkdir.
İnsanın böyük düşməni nəfsidir. Daha sonra pis yoldaş və şeytan gəlir. Pis yoldaş və şeytan nəfsə təsir edərək insana zərər verməyə çalışırlar. Onun üçün nəfsin əmmarəliklərdən təmizlənməsi vacibdir. Çünki, nəfs kafirdir, daim Allahu Təalaya üsyan etmək istəyir.
Şeytan öz vəsvəsəsinə insanın tabe olmadığını görəndə, bundan əl çəkir, başqa bir vəsvəsə verir. Alimlər, şeytanı köpəyə bənzətmişlər. Köpəyi qovanda qaçsa belə, başqa bir tərəfdən yenə də gələr.Nəfsimiz ölənə qədər bizi tərk etmir. Bunun üçün nəfsi tanımaq və zərərlərindən qorunmaq gərəkdir.
İmam Mavərdi buyurur ki:
“Nəfsin tərbiyəsi zəruridir”. Bir hədisdə: “İnsanın ən qüvvətli düşməni nəfsidir, sonra başqa şeylər” buyurlur. Qurani Kərimdə də: “Nəfsi əmmarə, əlbətttə günahları, pislikləri əmr edər.” (Yusif, 53) buyurlur.
Nəfsini tərbiyə etməyən, ona tabe olan acizdir. Hədislərdə: “Əsl qəhrəman, nəfsinə qalib gələndir”, “Ağlın əlaməti, nəfsə qalib gəlmək, hakim olmaq və öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti isə nəfsə tabe olub Allahdan əfv və mərhəmət gözləməkdir” buyurlur. Nəfs dünya zövqlərinə, ləzzətlərinə düşkündür. Bunların yaxşı, faydalı, pis və ya zərərli olduğunu düşünməz. Arzuları, dinimizin əmrlərinə uyğun olmaz. Dinimizin qadağan etdiyi şeyləri etmək, nəfsi qüvvətləndirər. Daha betərini etdirmək istəyər. Pis, zərərli şeyləri yaxşı göstərib, qəlbi aldadar. Qəlbə bunları etdirərək, istəklərinə qovuşmaq üçün çalışar. Qəlbin nəfsə aldanmamağı üçün, qəlbi qüvvətləndirmək və nəfsi tərbiyə etmək gərəkdir
Ağlı qüvvətləndirmək, islami elm oxuyub, öyrənməklə olduğu kimi, qəlbin qüvvətlənməsi də dinimizə tabe olmaqla olur. Dinimizə tabe olmaq üçün ixlas vacibdir. İxlas, işləri, ibadətləri, Allahu Təala əmr etdiyi üçün etməkdir. Qəlbin zikr etməyi ilə, yəni Allahın adının çox söyləməyi ilə ixlas hasil olur.
Dinimizə tabe olmaq, qəlbi qüvvətləndirdiyi kimi, nəfsi də zəiflədir. Bu səbəbə görə nəfs, qəlbin dinimizə tabe olmağını istəməz, dinsiz, imansız olmağını istəyər.
Dinə tabe olan, arzusuna qovuşar və Qurani Kərimdə bu barədə :”Nəfsinə tabe olanlardan, doğru yolu axtaranları, sədadətə çatdıran yollara qovuşdurarıq” buyurlur. (Ənkəbut, 69 )
İmam Qəzəli buyurur ki:
İnsanda pis sifətləri toplayan nəfslə cihad etmək, onu qırmaq gərəkdir.” Hədisi şərifdə : “Sənin ən böyük düşmənin sənin ətrafını bürüyən nəfsindir” buyurlur. Peyğəmbərimiz bir savaşdan dönərkən : “Kiçik cihaddan böyük cihada döndük” deyə buyurdu. Əshabı: “Ya Rəsulullah böyük cihad nədir?” sualını verəndə, Peyğəmbərimiz (s.a.s.): Nəfslə cihaddır” buyurdu .(Deyləmi)
Nəfsin tərbiyəsi
Nəfsi - əmmarə, dinə inanmaz. Buna görə nəfsi pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq gərəkdir. Bəqərə surəsində “Qəlblərində xəstəlik vardır” kəlamı ilə bildirilən xəstəlik, müalicə olunmadıqca, həqiqi iman əldə olunmaz.Nəfsini təmizləyən həqiqi imana qovuşar. Yunis surəsinin “Allahu Təalanın övliyası üçün əzab qorxusu, nemətlərə qovuşmamaq kədəri yoxdur” məalında müjdə həqiqi imana qovuşanlar üçündür.
Hər kəsin nəfsi, başda olmaq arzusundadır. Başqasının əmrinə tabe olmaq istəməz. Nəfsin bu arzusu ilah olmaq, hər kəsin ona tabe olmaq istəyi deməkdir. Allaha ortaq olmaq istər. Qüdsi bir hədisdə, Allahu Təala: “Nəfsinə düşmənlik et, çünki nəfsin, mənim düşmənimdir” buyurur. Bu deməkdir ki, nəfsin istəklərinə boyun əymək, Allahu Təalanın bu düşməninə kömək etməkdir. Dinimizin bütün əmr və qadağaları nəfsi əzmək, istəklərinin qarşısını almaq üçündür. Nəfs təmizlənmədikcə, üstünlük istəyindən əl çəkməz. Dinə tabe olduqca nəfsin istəkləri azalır.
Nəfs bütün vasitələrlə pisliklərdən təmizlənməli və buna çalışmaq vacibdir. Hədisi şərifdə : “Ən üstün cihad, nəfs ilə cihaddır” buyurlumuşdur. (İ.Nəccar). Yəni insanın ən böyük savaşı öz nəfsi ilədir.Çünki nəfs daim pislik əmr edəndir.(İ.Nəccar)
Muhamməd Məsum buyurur ki:
Gənclik, ömrün ən qiymətli çağıdır.İnsanın sağlam, qüvvətli olduğu zamandır. Bu zaman, hər gün keçir, azalır, qocalıq yaxınlaşır. Heyiflər olsun ki, ən şərəfli, ən lüzumlu iş olan, mərifətullahı qazanmağı ömrün sonuna saxlayırıq. Ən şərəfli zamanlarını, ən zərərli, ən pis şey olan nəfsin arzularına qovuşmaq üçün sərf edirik. Peyğəmbərimiz (s.a.s.) :”Yarım edərəm deyən, aldandı” deyə buyurmuşdur. Allahu Təala, insanları və cinləri mərifətullaha və Allah Təalanın rizasına, sevgisinə qovuşmaq üçün yaratdı. İnsanın, ən qüvvətli düşməni nəfsi, və nəfsin arzularıdır. Bu arzular bitib tükənməzdir. Hər birisi zərərlidir. “Məqsədin məbudundur” buyurulmuşdur.”Məqsədin, arzun nədirsə, ilahın da odur.” (Nəfslərinin arzularını ilah edənlər) ayəti kəlməsi də bunun əksidir.
Nəfsə tabe olmaqdan qurtulmaq, dünya nemətlərinin ən böyüyüdür. Çünki, nəfs Allahu Təala ilə qul arasındakı ən böyük pərdədir.
“İbadətlərin ən qiymətlisi, nəfsə tabe olmamaqdır.“ (Səhl bin Ab. Tüstəri)
Nəfsinə tabe olan, küfr edə bilər və ya harama yol vermiş olar. Hədisə buyurlur ki: „Xəsislik, nəfsə uymaq və özünü bəyənmək fəlakətə sürükləyər.“ (Təbərani)
„Ağıllı olmağın əlaməti, nəfsə hakim olmaq və öldükdən sonra olanlara hazır olmaqdır. Axmaqlıq əlaməti, nəfsə tabe olub, Allahdan əfv və mərhəmət gözləməkdir.“ (Tirmizi)
Təfsiri Əzizdə buyurlur ki:
Allahu Təalanın mərhəməti sonsuz olduğuna görə, nəfsin fəlakətə sürükləməyinə mane olmaq istədi.Həm nəfsin arzularına bir hədd qoyan, həm də nəfsi əmmarəliklərdən qurtarıb, onu həddini aşmaqdan qurtaran əmrlər və qadağalar göndərdi.Bir insan öz işlərində islam dininə tabe olarsa, nəfsi əmmarəliklərdən qurtara bilər. Bu zaman nəfsdən faydalı şəkildə istifadə edə bilər.
Şərəfuddin Əhməd bin Yəhya Müniri buyurur ki:
İslamiyyət, nəfsin arzularının yox edilməsini deyil, ona hakim olub, dinə uyğun istifadəsini əmr edir. Süvarinin atını və ovçunun köpəyini yox etməyi deyil, bunları tərbiyələndirməsi və onlardan faydalanmağı kimidir. Bu ikisi olmazsa, axirət nemətləri ovlana bilməz. Bunlardan istifadə etmək üçün onları tərbiyələndirib, dinə uyğun şəkildə istifadə etmək gərəkdir.
Nəfsin arzuları
İmam Qəzəli buyurur:
Allahu Təala, „Şəhvətlərinizi, (yəni nəfsin arzularını) haramdan almamağa çalışın və cihadda qətiyyətli olun, dayanın“ buyurur. Bunun üçündür ki, ağlı olanlar, din böyükləri, bu dünyanın bir bazar yeri kimi olduğunu və burada, nəfs ilə alı-verişdə olduqlarını anlamışlar. Bu ticarətdə karımız Cənnət, zərərimiz də Cəhənnəmdir. Yəni karı, əbədi səadət, ziyanı da, sonsuz fəlakətdir.
Ağıllılar, nəfslərini, ticarətdə ortaq yerinə qoymuş, gərəkli nəsihətlər vermişlər. Bunlardan altısı belədir:
1- Ticarət ortağı, insanın pul qazanmaqda ortağı olduğu kimi, bəzən xəyanət edən düşməni olur.
Hər nəfəs, qiymətli bir cöhvər kimidir, bundan xəzinə ola bilər.
Ağıllı insan, hər gün nəfsinə deməlidir ki:
“Mənim sərmayəm, yalnız ömrüdür. Bu sərmayə o qədər qiymətlidir ki, hər çıxan nəfəs, heç bir şeylə yenidən geri dönə bilməz və nəfəslər sayılır, azalır. Ömür bitəndə ticarətə son verilir. Ticarətə sarılaq ki, vaxtımız azdır. Günlərimiz o qədər qiymətlidir ki, əcəl gələndə, bir gün izn istəsək də verilməz. Bu gün bu nemət əlimizdədir. Amma nəfsim, çox diqqətli ol, bu böyük sərmayəni əldən buraxma! Sonra ağlamaq fayda verməz. Bu gün, əcəlin gəldiyini, o günün gəldiyini fərz et! O halda, bu günü əldən çıxarmaqdan, bununla, səadətə qovuşmamaqdan daha böyük ziyan varmı? Sabah öləcəksənmiş kimi haramdan qaç!
Peyğəmbərimiz (s.a.s.): „Ağıllı, ölməzdən əvvəl hesabını və ölümdən sonra ona xeyir gətirən şeylər edəndir“ və „ Edəcəyin hər işi, əvvəlcə düşün, Allahu Təalanını razı olduğu, izn verdiyi bir işdirsə, onu et. Belə deyilsə, o işdən qaç!“
buyurdu.
2- Nəfsi idarə edib, ondan qafil olmamaq gərəkdir. Allahu Təalanın, hər etdiyimiz, hər düşündüyümüz şeyi bildiyini unutmamalıyıq. Bunu bilənin, işləri və düşüncələri ədəbli olar. Bunu bilib etməmək isə, böyük fəlakətdir.
3- Hər gün yatarkən, o gün etdiyi işlər üçün nəfsi hesaba çəkməli, sərmayəni, karı və zərəri ayırmalıyıq. Sərmayə fərzlər, karımız da nafilələrdir. Ziyan isə günahlardır.
4- Nəfsin qüsurları görünər və buna cəza verilməzsə, cəsarət tapar, sözə baxmaz. Onunla bacarmaq çətinləşər.
5- Böyüklər nəfsləri qəbahət etdikdə, cəza olaraq ibadət edərdilər. Məsələn, bəzisi, bir namaza, camaata yetişməsəydi, bir gecə yatmazdı. İbadətləri sevə-sevə etməyən bir insan üçün ən gözəl dərman, saleh bir insanın yanında olmaqdır.
6- Nəfsi məzəmmət etmək gərəkdir.Nəfs yaradılışdan yaxşı işlərdən qaçır, pislikləri sevir, tənbəldir və şəhvətlərinə qovuşmaq istəyir. Dinimiz, nəfsimizə, bu pis vərdişlərdən uzaq olmağı əmr edir. Bu vəzifəni yerinə yetirmək üçün onu bəzən məcbur etmək və bəzən söz ilə, iş ilə idarə etmək gərəkdir.Çünki, nəfs , elə yaradılmışdır ki, özünə yaxşı gələn şeyləri istədiyi zaman, rastlaşdığı çətinliklərə səbr edər. Nəfsin, səadətə qovuşmağına mane olan ən böyük pərdə, qəflət və cəhalətidir. Qəflətdən oyandırılıb, səadətin harada olduğu göstərilərsə, qəbul edər. Allahu Təala „Onlara nəsihət et! Nəsihət möminlərə əlbəttə fayda verir“ buyurdu. (Zariyat, 55)
Qəlb, ruh ilə nəfs arasındakı körpü kimidir. Mənəvi aləm qəlbə ruh vasitəsiylə gəlir. Qəlb, hiss orqanlarına bağlıdır. Hiss orqanları, nə ilə məşğul olarsa, qəlb ona bağlanar. İnsan gözəl bir şey görəndə qəlb ona bağlanır. Ruha və ya nəfsə yaxşı gələnləri sevər. İnsan çox zaman həqiqi gözəlliyi anlamaz. Nəfsə gözəl gələn ilə, ruha gözəl gələni qarışdırar. Ruh qüvvətli isə, gerçək gözəlliyi anlayıb, onu sevər, bağlanar. Ayəti kəlamlar, hədislər, övliya sözləri kimi qiymətli şeylər, əslində çox gözəldir.Qəlbin nəfsə bağlılığı azalıb, nəfsin əlindən qurtulanda, bunları oxuduğu, eşitdiyi zaman bunların gözəlliyini dərk edər və bağlanar, insanın bundan xəbəri olmaz və Allahu Təalanı sevər.
Qəlbi nəfsin əlindən qurtarmaq üçün, nəfsi əzmək, qəlbi qüvvətləndirmək gərəkdir. Bu da, Rəsulullah Əfəndimizə (s.a.s.) tabe olmaqla olur. Qəlbini, nəfsin pəncəsindən qurtaran insan, Allahın qulu olduğunu dərk edər..Allahu Təalanı çox sevdiyi üçün, Allahu Təalanın sevdiyini sevər.
Tarix: 09.05.2013 / 12:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 540 Bölmə: Maraqlı melumatlar