Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuh əleyhissalamın həyat yoldaşı Vağilə

Min illər öncə hazırki İraqın şimalında yerləşən ərazidə Vadd, Suva, Yəğus, Yəuq və Nəsr adlanan beş əməlisaleh kişi yaşayırdı. Onlar xeyirxahlıqları və təqvaları ilə tanınmışdılar. Hamı onları sevir, onlara hörmət edir və onlardan nümunə götürürdülər. Onlar Allahın dərgahına qovuşana kimi bu cür də yaşadılar. Onların vəfatı insanları kədərə boğdu.

Şeytan insanların onlara olan sevgisindən istifadə edərək vəsvəsə etdi və dedi: "Onların sizinlə birgə olduğunu hiss etmək, onları görmək və ibadətlərini yada salmaq üçün niyə heykəllərini düzəltmirsiniz?! Belə etsəniz Rəbbinizə daha çox ibadət etmiş olmazmısınız?!

İnsanlar bu fikri bəyəndilər və heykəllər düzəltdilər. İllər keçdi, insanlar nəsildən nəslə bu əməlisaleh insanların həyat tarixçəsini nəql edirdilər. Lakin şeytan onlara ikinci dəfə vəsvəsə etdi ki, guya Allaha yaxınlaşmaq məqsədilə əməlisalehlərin özlərinə ibadət etsinlər. Şeytan öz hiyləsini işlədərək dedi: "Sizin dədə-babalarınız bu heykəllərə ibadət edirdilər. Siz də onlara ibadət etməlisiniz". İnsanlar şeytanın əmrinə tabe oldular və davamiyyətli bütlərə ibadət etməyə başladılar. Lakin nöqsansız və uca olan Allah Nuh əleyhissalamı onlara peyğəmbər göndərdi. O, çoxlu ibadəti və Allaha şükr etməsi ilə tanınmışdır. Allah onu vəsf edərək buyurur: "Həqiqətən, o, çox şükr edən qul idi".

Nuh Əleyhissalam arvadı Vağilə ilə birgə yaşayırdı. O, Nuha ən yaxın insan olmasına baxmayaraq, ona iman gətirməmişdi. Nuh öz qövmünə kainatın və yeddiqat göyün yaradılışındakı Allahın əzəmət və qüdrətindən danışırdı. O, səmada parlaq günəşin, nurlu ayın görünməsini, yerin döşənməsini, üzərində isə min cür nemətin var oluşunu, habelə insanın ən gözəl biçimdə yaradılışını Allahın qüdrət nişanələri kimi insanlara başa salırdı. Lakin bu düşüncələr onları öz yaradanları olan Allaha iman gətirməyə sövq etmədi. Əksinə onlar öz peyğəmbərlərinə qarşı çıxmağa və onu yalançılıqda ittiham etməyə başladılar: "Ey Nuh! Sən də bizim kimi ancaq bir insansan. Ona görə də özünün göndərilmiş bir peyğəmbər olduğunu iddia etmə!" Lakin Allahın peyğəmbəri isə onlara belə deyirdi: "Ey qövmüm! Mən yolumu azmamışam. Əksinə Rəbbim məni doğru yola yönəltmişdir".

İllər keçdi. Nuh əleyhissalam özünü dəvətə həsr etmişdi. Qövmünü Allahın dininə çağırırdı. Lakin onların küfrləri o dərəcəyə çatmışdı ki, ata öz övladına Nuh əleyhissalama inanmamağı təlqin edirdi. Allahın peyğəmbərinə yalnız az adam iman gətirdi. Təkcə onlar peyğəmbərə qarşı çıxmadılar. Çünki iman onların qəlblərinə hopmuş, zehnlərini nurlandırmışdı. Onlar günah və cəhalət aləmindən xilas olub paklıqda və imanda rahatlıq tapmışdılar. Ancaq onun arvadı Vağilə müsəlmanlara nifrət edir, onların pisliyini istəyirdi. O, müsəlman olduğunu və Allahın dininə daxil olduğunu bildirmək üçün ərinin evinə gələn kəsləri izləyir və bunu qövmünə xəbərləyidi. Camaat da qəzəblənib iman gətirən kəslərə zərər verirdilər.

Nuh əleyhissalam qövmü içərisində çoxlu insanın iman gətirəcəyinə ümidli halda dəvətini heç əksiltmədi. O, qövmünün Allahın kafirlər üçün hazırladığı əzabdan qurtulmasını istəyirdi. Lakin qövmü Allahın peyğəmbərinə qarşı çıxmaqdan başqa bir şey bilmirdi. Onlar Nuhun söhbətlərini eşitməmək üçün barmaqlarını qulaqlarına tıxayır, ona qarşı nifrətlərini bildirmək üçün isə üzlərini paltarları ilə örtürdülər. Nuhun arvadı isə qövmünün bu çirkin əməlinə şərik olurdu.

Nuh qövmünü doqquz yüz əlli il Allahın dininə çağırdı. Qədim zamanlarda insanlar uzun ömür yaşayıdılar. Buna baxmayaraq qövmü kafirlik etməkdən əl çəkmədilər. Hətta Nuh əleyhissalama belə dedilər: "Əgər dəvətdən əl çəkməsən, sənə ziyan verəcəyik. Bir də ki, əgər sən doğrusansa, bizi qorxutduğun o əzabı gətir görək. Bu zaman Nuh əleyhissalam çox hirsləndi və qövmünə bildirdi ki, yalnız Allah istədiyi vaxt onları şiddətli əzaba düçar edər. Allah öz peyğəmbərinə vəhy edərək buyurdu: "Sənə indi iman gətirmişlərdən başqa iman gətirən olmayacaq. Ona görə də kədərlənmə, üzlümə!" Sonra Allah ona iman gətirmiş kəslərin xilas olması üçün bir gəmi düzəltməyi əmr etdi. Çünki Allah yaxında kafirləri tufanlı bir müsibətə düçar edəcəkdi.

Nuh Rəbbinin əmrinə mübahisəsiz itaət etdi. Nuh əleyhissalam taxtalar toplalar toplamağa başladı. O, taxtaları bir-birinə mismarlarla bərkidir. Camaat Nuhun yanından keçir və sudan uzaq bir yerdə gəmi hazırladığını görüb onu ələ salırdılar. Onu dəli adlandırır, istehza ilə belə deyirdilər: "Ey Nuh, əvvəl peyğəmbər idin, indi də dülgər olmusan?! Bu gəmin qurudamı üzəcək? Yoxsa dağlaramı qalxacaq? Hansı ağılla dənizlərdən və çaylardan uzaq bir yerdə gəmi düzəldirsən? Barı onu çəkmək üçün öküzlərin varmı? Yoxsa hava daşıyacaq onu?!"

Lakin Nuh onların bu istehzasına fikir vermədi, səbr etdi. Camaatın bu hərəkətləri onu gəminin tikintisini başa çatdırmaqdan yayındırmadı. O bilirdi ki, şiddətli əzabı olan gün mütləq gələcək və onları məhv edəcək Nuh və iman gətirənlər öz işlərinə davam etdilər. Vağilə də ərini lağa qoyurdu. O, camaat arasında dolaşaraq Nuh əleyhissalamın dəli olduğunu söyləyirdi. Vəd olunmuş gün yaxınlaşdı. Nuh əleyhissalam gəminin tikintisini qurtardı. Gəmi çox nəhəng idi. O, üç mərtəbədən ibarət idi.

Daha sonra Allah Öz peyğəmbərinə əmr etdi ki, od qalanan və çörək bişirilən təndirdən su çıxdığını gördüyü zaman, onunla birgə iman gətirən kəsləri gəmiyə mindirsin. İman gətirənlər bir ailəsi idi, bir də yüz nəfərdən az adam. Qalanları isə kafirliklərindən əl çəkməmişdilər. Həmçinin Allah taala erkək və dişi olmaqla hər heyvandan bir cüt, hər bitkidən bir növ götürməyi Nuh əleyhissalama əmr etdi. Bu, yeri yuyub aparacaq tufandan sonra canlı aləmin nəslinin davam etməsi üçün idi. Allahın vədi yetişdi. Qəribə hadisə baş verdi. Təndirdə od qalanan yerdən su çıxdı. Bu, əzabın başlanmasının bir əlaməti idi.

Nuh, iman gətirənlər və digər canlılar nizamla gəmiyə mindilər. Su yerdəki bulaqlardan qaynayaraq daşmağa başladı. Göydən də güclü leysan yağırdı. Nuh əleyhissalam və möminlər gəminin içində Allahın adını zikr edirdilər ki, gəmi Allahın izni ilə üzsün və təhlükəsiz bir yerə yan alsın. Kafirlərin isə qəlblərinə qorxu hakim kəsildi. Su getdikcə artmaqda idi. Ölüm onların çox yaxınında idi. Onlar isə suyun çatmaması üçün dağların təpələrinə qalxıb ölümdən yaxalarını qurtarmağa çalışırdılar. Lakin onların bu səyləri puç və əbəs idi. Ölüm onları haqlayacaqdı. Allahın əzabının qarşısı alınmazdır.

Gəmi getdikcə artan dalğa ilə dağların zirvələrinə kimi hündürlüyə yüksəldi. Nuh əleyhissalam oğlu Yamı gördü. O, qardaşları Sam, Ham və Yafis kimi imn gətirmədi. Buna baxmayaraq, Nuh ona dedi: "Ey oğlum, bizimlə birgə gəmiyə min və kafirlərdən olma!" Yam israrla kafirliyindən əl çəkmirdi. Cavabında dedi: "Dağa sığınacam. O məni boğulmaqdan xilas edəcək". Nuh isə dedi: "Ey oğlum, Allahın əzabından səni Allahdan başqa heç kim xilas edə bilməz". Dalğa onu boğmaq üçün daha da yüksəldi. Lakin atalıq mərhəməti Nuh əleyhissalamı oğlu üçün dua etməyə sövq etdi. Nuh dedi: "Ey Rəbbim, oğlum xilas edəcəyini vəd etdiyin ailəmdən biridir". Allah isə buyurdu: "O, kafir oldu. O, xilas edəcəyimi vəd etdiyim ailəndən deyil".

Bütün kafirlər boğulduqdan və yer üzərində heç bir kafir insan qalmadıqdan sonra Allah Yerə üzərindəki suyu canına hopdurmağı, göyə isə yağışı dayandırmağı əmr etdi. Hər ikisi Allahın əmrinə tabe oldular. Nəhəngə gəmi Cudi adlanan dağaın ətəyinə yan aldı. Nuh və gəmidə onunla birgə olanlar gəmidən endilər və imanla dolu olan yeni həyata başladılar. Hamı Allahın onları zalım qövmün əlindən xilas etdiyi üçün Ona şükr etməyə başladılar. Tufan Yer üzünün o zamankı bütün kafirlərindən xilas olmasını və Nuh əleyhissalamın zürriyyətindən yeni mömin övladların dünyaya gəlməsini gerçəkləşdirdi. Onun oğulları Sam ərəblərin, Ham həbəşilərin, Yafis isə rumların əcdadı oldu.


Tarix: 11.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Maraqlı melumatlar
loading...