Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbirli olmaq

Səbir sifətinə təşviq etmək bu şəriətin ali məqamlığından irəli gəlir. Çünki din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dinə əməl etmək və onu öyrənmək üçün mütləq səbirli olmaq lazım gəlir. Həmçinin insan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbrə böyük ehtiyac vardır.
Allah taala Öz kitabında səbri doxsandan çox yerdə xatırlatmışdır. Bu, səbrin əhəmiyyətini və fəzilətini göstərən bir amildir.
Belə ayələrdən:
"Ey iman gətirənlər! Səbr edin, dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!" (Ali İmran: 200).

"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbirli olanlara (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”" (əz-Zümər: 10).
Peyğəmbərin (sav) Sünnəsində də səbir və səbirli olanların fəziləti haqda çoxlu hədislər rəvayət edilmişdir.
Peyğəmbər (sav) buyurmuşdur:
"Kim səbr edərsə Allah taala ona səbr verər. Heç kəsə səbirdən daha xeyirli və geniş pay varilməmişdir" .
(Buxari: 11\ 303\ ? 6470. Müslim: 2\ 729\ ? 1053.)
Peyğəmbər (sav) buyurmuşdur:
"İnsanlarla ünsiyyətdə olub, onların əziyyətlərinə səbirli mömin, insanlarla ünsiyyətdə olmayıb onların əziyyətlərinə də səbirlilik göstərməyən mömindən daha xeyirlidir"(Tirmizi: 4\ 572\ ? 2507. İbn Macə: 2\ 1338\ ? 4032. Hədisin isnadı səhihdir.)
İnsanın səbirli olmasının bir çox gözəl səmərələri vardır:
Bəndənin saleh əməllərdə davamlı olması, belə əməlləri etməkdən yorulmaması, dünya və axirət istəklərinə nail olması və s. Ümumiyyətlə bunlara yalnız səbirlə nail olmaq mümkündür. Ona görə ikinci raşidi xəlifə Ömər İbn Xəttab  buyurmuşdur: "Ən gözəl həyata səbrlə nail olmuşuq".
Səbrin faydalarından həmçinin bunları demək olar: qəzəbdən, təlaşdan və axmaqlıqdan qorunmaqla özünü idarə etmək, nəfsi pis işlərə və şəhvətlərə düşməkdən mühafizə etmək və müsibətlər baş verdikdə onu sakit saxlamaq.


Tarix: 09.05.2013 / 13:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...