İnsanlar hər şeydən daha artıq Həzrəti Məhəmmədə qulaq asmalıdırlar.
Digər bütün sözlər onun qarşısında boş sözlərdir.
Tomas Karlely
Həzrəti Məhəmmədin insan olması ilə bütün insanlıq iftixar edir. Çünki O, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz Avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.
Şebol
Mən Quaranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Məhəmməd seçilmiş insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır.
Ey Məhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək, bu günkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş qüdrəti bir dəfə görmüş, bundan sonra da görməyəcəkdir.
Hüzurunda tam hörmətlə əyilirəm.
Otto Bismark
Kral və vəzirlər kimi əzəmət və dəbdəbə pərdəsi arxasında gizlənməmişdi. Öz əbasını özü yamayar, ayaqqabısını özü təmir edərdi. Döyüşə girər, səhabələri ilə məşvərət edər, əmrlərini onlarla birgə verərdi. Dünyada tac və ehtişam sahibi olan heç bir imperatora yamaqlı bir əba içindəki bu insan qədər hörmət və itaət edilməmişdir.
Tomas Karlely
İnsanlıq probleminin üst-üstə yığılaraq həll edilməz bir hal aldığı günümüzdə Həzrəti Məhəmmədə son zamankından daha çox möhtacıq. Əgər O içimizdə olsaydı, bütün bu problemləri çox rahatlıqla həll edərdi.
Bernard Şou
Heç kəs Həzrəti Məhəmmədin prinsiplərindən irəli addım ata bilməz. Avropaya nəsib olan bütün müvəffəqiyyətlərə baxmayaraq, bizim qoyulmuş bütün qanunlarımız İslam mədəniyyətinə nisbətdə əskikdir. Biz Avropa milləti mədəni imkanlarımıza baxmayaraq, Həzrəti Məhəmmədin son pilləsinə çatdığı nərdivanın hələ ilk pilləsindəyik. Şübhəsiz, heç kəs onu bu işdə keçməyəcəkdir.
İohann Volfqanq Höte
İslam dininin asanlığını və sadəliini dərk etmək istəyənin Quranı çox gözəl düşünməsi lazımdır. İnsanlığın hər təbəqəsindən olan fərdlər ondan nəsibini alır. Bu kitabdakı ayələr İslam dininin ucalığına və Həzrəti Məhəmmədin böyüklüyünə dəlildir.
Lev Nikolayeviç Tolstoy
Milyonlarla insanın qəlbində mübahisəsiz təsirə sahib olan bir insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu daha yaxşı anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və dəvamçılara özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu və Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.
Mahtma Qandi
`Tarixdəki 100 böyük insan` kitabı ilə dünyaya səs salan Amerikalı alım prof. Maykl Hart kitabının çıxmasından 10 il sonra `Sizin 10 il bundan əvvəl çıxan kitabınızda 1`ci yerdə Həzrəti Məhəmməd idi. Hələ də bu fikirdəsiz?` sualına belə cavab vermişdir:
`Bu saylar iki-üç yüzədə çıxsa da, Həzrəti Məhəmmdəin 1`ciliyi dəyişməzdir və inanıram ki, Həzrəti Məhəmməd kimi hər yönü ilə mükəmməl bir insan bir daha bu dünyaya gəlməyəcək`.
Maykl Hart
Tarix: 06.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar