İmam Zenül-Abidin (ə) buyurur:
“Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”
* * *
İmam Rza (ə) buyurur:
“Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
İmam Rza (ə) buyurur:
“Sükut hikmət qapılarından olan bir qapıdır.”
İmam Rza (ə) buyurur:
“İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
* * *
Əliyyən Nəqi (ə) buyurur:
“Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”
İmam Əliyyən Nəqi (ə) buyurur:
“Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”
İmam Əliyyən Nəqi (ə) buyurur:
“Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
İmam Əliyyən Nəqi (ə) buyurur:
“Öz dəyərini anlamayan adamın şərindən qorun.”
İmam Əliyyən Nəqi (ə) buyurur:
“Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.”
Tarix: 08.06.2013 / 14:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Maraqlı melumatlar