Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahkar Allaha ehtiramı və zikri yox edir

Edilən günahlara cəza olaraq qulun qəlbində Uca Allaha ehtiram azalır. Bu onun istəyindən asılı olmayaraq mütləq baş verir, çünki qul qəlbində Allaha ehtiram etsəydi Ona asi olmağa hünəri çatmazdı.

Aldanılanlardan kimsə deyə bilər ki: “Mən günahları Allaha qəlbimdə ehtiram etmədiyimə görə etmirəm, Onun rəhmətinə ümid etdiyim üçün edirəm”. Həqiqətən bu özünü aldatmaqdır, çünki Uca Allaha qəlbdə ehtiram edilməsi və ucaldılması qula Onun qadağalarına hörmət etməyə vadar edir bu isə onu günahlardan sözsüz ki, çəkindirər. Günah işləməyə cəsarət edən Allahı layiqincə qiymətləndirmir. Onun əmr və qadağalarını pozan kəs Ona necə qiymət verə, ehtiram edə, ucalda və hörmət edə bilər? Həqiqətən bu mümkün deyil. Həqiqətən onun sözləri açıq-aydın yalandır. Günahlara cəza olaraq insanın qəlbindən Uca Allaha ehtiramın və Onun qadağa və əmrlərinə hörmətin getməsi kifayətdir.

Buna cəza olaraq Uca və Qüdrətli Allah insanların qəlbindən belə insana qarşı hörməti aparır, onlar ona nifrət edirlər və saymırlar necə ki, o özü Allahın əmrlərini saymamışdı. Qul Allahı nə qədər çox sevərsə, insanlar da o qədər onu çox sevərlər və nə qədər Allahdan çox qorxarsa o qədər də insanlar ondan qorxarlar və nə qədər o Allaha və Onun qadağalarına güclü ehtiram edərsə o qədər də ona güclü ehtiram edərlər. Qul Allahın qadağalarını pozaraq insanların onun qadağalarına hörmət edəcəklərinə necə ümid edə bilər? O necə Ona qarşı olan borclarına məhəl qoymayaraq insanlar qarşısında zəlil olmayacağına ümid edə bilər? O necə Allaha asiliyi nə isə cüzi bir şey saya bilər və insanların onu sayacağını zənn edə bilər?
Pak Allah bu barədə Kitabında günahların cəzası haqqında xəbər verdikdə işarə etmişdir. Əldə etdiklərinə görə günahkarları geri atdı, qəlblərinə pərdə örtdü və möhürlədi. Onlar Onu unutduqları kimi O da onları unutdu və Onun dininə nifrət etdikləri kimi onlara nifrət etdi, Onun əmrlərini saymadıqları kimi onları məhv etdi. Ona görə də məxluqatların Onun qarşısında necə səcdə etməsi ayəsində Uca Allah deyib: “Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz.” (Həcc 18). Onlar Allah qarşısında səcdə etmək əmrinə məhəl qoymayıb onu yerinə yetirmədilər və O onları buna görə zəlil etdi. Heç kəs Allahın Özünün onları zəlil etməsindən sonra onlara ehtiram etməz, axı buna kim qadirdir?! Və Onun ehtiram etdiyini kim zəlil edə bilər?!

Günahların cəzalarından biri də odur ki, onlar qulu Allah barəsində unutmağa məcbur edirlər və onu şeytanla təkbətək qoyurlar. Bu isə xilası olmayan tələfdir və bu barədə Uca Allah belə deyib:

“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.” (Əl-Həşr, 18-19).
O Allahdan qorxunu qorumağı əmr etdi və iman gətirən qullarına Onu unudan və Ondan qorxmağı unudan qullara bənzəməyi qadağan etdi. İnsanın Ondan qorxmağı tərk etməyinin cəzası qulun özü-özünü unutmasıdır, yəni özünə xeyir gətirənə, cəzalardan qoruyana və onu kamil ləzzətlərlə, sevinc və xoşbəxtiliklə olan əbədi həyatı təmin edənə laqeydlikdir.
Qul borcunu unutduğuna, Ona ehtiram edib qorxmadığına və əmrlərini yerinə yetirmədiyinə görə Allah cəza olaraq bütün bunların hamısını ona unutdurur. Həmçinin sən görə bilərsən ki, günahkarlar necə onlara xeyir gətirən şeylərə məhəl qoymurlar. Onların qəlbləri Allahın zikrindən qafildir, onlar nəfsi istəklərinə tabe olurlar və bunların əməlləri puç olacaq. Onlar bu dünyada və axirətdə xeyir gətirəcək hər bir şeyi əldən verirlər, əbədi xoşbəxtliklərinə laqeyd yanaşırlar və onu yay buluduna və ya ilğıma bənzər ən kiçik ləzzətə dəyişirlər.
Həqiqətən ən böyük cəza – qulun özünü unutması, Allahdan olan paya və xoşbəxtliyə laqeyd olması, ziyanlı müqavilə bağlaması və qəlbini heç bir dəyəri olmayan qiymətə satması, sonsuz ehtiyacı olanı itirməsidir ki, onlarsız o keçinə bilməyəcək.

Allah Sübhanə və Təala qula itirdiyi hər bir şeyi ödəyir, lakin heç kəs ona Allahın itirilməsini ödəyə bilməz. O bəla üz verdiyi istənilən insana təsəlli verməyə qadirdir, lakin Allahdan məhrum olana heç kəs təsəlli verə bilməz. O istənilən bədbəxtçilikdən qorumağa qadirdir, lakin heç kəs Ondan qorumaz. Qul bir göz qırpımında belə keyfiyətlərə malik olana itaətdən necə imtina edə bilər? Onun barəsində necə unuda bilər və əmrlərinə laqeyd ola bilər? Axı sonra O onu özünü unutmağa məcbur edəcək və onda qul ziyan çəkənlərdən və özünə böyük zülm edənlərdən olacaq. Həqiqətən qul heç vaxt Rəbbini incitmir, lakin özünü incidir və Rəbb quluna zülm etmir, lakin qul özünə zülm edir.


Tarix: 12.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Maraqlı melumatlar
loading...