Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz qılarkən baş örtüyü (təkkə, papaq və s.) geymək.

Sual: Namaz qılarkən baş örtüyü, çalma və ya papaq geyinmək vacibdir, yoxsa yox?

Cavab: Başın örtülməsi namazın şərtlərindən olmadığına görə namaz qılarkən bunları geyinmək vacib deyil. Lakin bunların geyilməsi adət olan bir yerdəsinizsə və bunlar fərdin geyim şəklinin tamamlanmasından sayılırsa, Allahın kəlamına əsasən onları geyinmək lazımdır. “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...” (əl-Əraf 31)

Beləliklə, əgər kiminsə çalma, baş örtüyü və ya papaq kimi geyimləri gözəllikdən (bəzənməkdən) bir hissə sayılırsa, onda namaz qıldığı zaman bu cür geyinmək müstəhəbdir. Amma sən yaşadığın yerdə insanlar bunu adət etmirlərsə bu cür geyim tərzləri onların gözəlliyindən (bəzənməsinədən) sayılmırsa , onda olduğun kimi qal.

Namaza dair seçilmiş fətvalar


Tarix: 05.04.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...