Peyğəmbərimiz möminlər arasında geyim mövzusunda göstərişdən xoşlanmazdı.Çox vaxt xəfif və incə şeylər geyinərdi. Ən sevdiyi geyim köynək idi. Sarığı əsasən qısa böyüklükdə olar, başa əziyyət vermirdi. Ən çox sevdiyi rəng ağ rəng idi. Parlaq libas geyinməyə öyrəşməmişdi .
Möminlərin öz aralarında geyim mövzusunda öyünməklərini pisləmiş və geyimləri ilə öyünən insanları belə xəbərdarlıq etmişdir: "Libasını öyünərək sürüyən adama Allah qiyamət günü baxmayacaqtır."(Müslim)
Peyğəmbərimiz möminlərin olmadığı yerdə geyiminə olduqca diqqət yetirərdi. Digər qəbilə rəislərindən və krallardan gələnb və ehtişamlı geyimləri rədd etməz və bu geyimlərdən istifadə edərdi. Daim təmiz və yeni libaslar geyinməyi tövsyə etmişdir.
Abdullah b. Abbas Haruriyə taifəsinin yanına elçi olaraq gedərkən yəmən parçalarının ən gözəllərindən geyinmişdi. Onlar, "bu libas nədir?" deyə soruşdular. Abdullah b. Abbas: "Bu libasın nəyini qınayırsınız. Mən Rəsulullahı libaslarından ən gözəlini geyinmiş gördüm" dedi.
Hz. Peyğəmbər bir libas geyinərkən belə dua edərdi: "Ya Rəbbi! Həmd sənədir. Mənə bunu sən geyindirdin. Bunun xeyirini və bununla edilən işin xeyirini səndən istəyirəm. Bunun şərindən və etdiyi pis işin şərindən sənə sığınıram.”
Rəsulullah Əfəndimiz (s.a.v.) müsəlman kişilərə ipək və qızıldan düzəldilmiş hər şeyi qadağan etmişdir. "Hər kim dünyada ipək libas geyinsə axirətdə geyinməz."(Tirmizi)
"İpək geyinmək, qızıl ümmətimin kişilərinə haram, qadınlarına halaldır." (Tirmizi)
Məscidlərə və bir cəmiyyət arasına gələndə ən gözel və ən təmiz şəkildə gəlmək peyğəmbərimizin sünnətlərindəndir. Rəsulullah "camaat hüzuruna və ya dostlarının qarşısına çıxan insanın yaraşıqlı olmağını Allah sevər"buyurmuşdur.
"Rəsulullah sağ əlinə gümüş üzük taxmışdı. Üzükdə Həbəşistan daşı vardı. Üzüyün daşını ovuc tərəfınə çevirmişdi." (Müslim)
Hz. Ayşə belə rəvayət edir: "Mən Rəsulullahın xoşlandığı ən gözəl qoxu ilə qoxlanırdım. Hətta qoxu onun saqqalından parıldayıb damlayana qədər davam edərdim."(Buxari)
Tarix: 09.05.2013 / 13:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar