1. Dəstəmazı öyrətmək. İstənilən şəkildə namazı düzgün qılmasına hazırlıq üçün yeddi yaş və bir az əvvəl ata, gözəl dəstəmaz almağa və təmizliyə uşağı öyrətməlidir. Buna vərdiş etdirməlidir. Uşağa necə təmizlənəcəyini, açıq və gizlində olan əzalarını necə təmizləməsini öyrətməlidir. Uşağa gizli üzvlərini kinayə etmədən dində bilinən adlarıyla adlandıraraq su ilə istinca etməsini əmr edərək təmizlənməsini istəməlidir.
Sonra uşağın qarşısında ata şəxsən özü yavaş-yavaş dəstəmaz alaraq, uşaq dəstəmaz əzalarının sırasını əzbərləyənə qədər bir neçə dəfə təkrarlayaraq uşağa dəstəmazın praktikasını etdirməlidir. Ata, uşağın suyun isti və soyuqluğundan nifrət etməməsi üçün ilıq dəstəmaz suyundan istifadə etməlidir. Əgər dəstəmaz almağı yayda öyrədirsə mövsümün istiliyinə görə uşaq sərinləməyinə görə buna daha çox meyl edəcəkdir. Kiçik uşaqlara dəstəmaz almağı öyrədən şəkilli kitablarla da uşaq dəstəklənə bilər.
Ata qarşısında uşağın praktik olaraq dəstəmaz almasına fürsət verməlidir. Əgər bir xəta edərsə, hirslənmədən, xoş üslubla uşağa doğrunu öyrətməlidir. Doğru və gözəl dəstəmaz aldıqda isə, razı olduğunu hiss etdirmək üçün mərhəmətlə sarılıb öpməlidir.
Atanın sadəcə dəstəmazı və sünnətlərini nəzəri olaraq öyrətməsi kifayət deyildir. Bununla bərabər dəstəmaz alarkən işin əhəmiyyətli olan mənəvi tərəfinə də diqqət çəkməlidir. Belə ki, dəstəmazı Allahın əmr etdiyini, Peyğəmbərin də bizə necə alındığını öyrətdiyi və müsəlmanların dəstəmaz alıb üzvlərin sırasıyla yuyulmasında Peyğəmbərə tabe olduqlarını deməlidir. Uşağın ruhunda dəstəmaz sevgisi və istəyi yerləşsin deyə dəstəmazın fəzilətləri açıqlanmalıdır. Çünki Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Müsəlman dəstəmaz aldıqda qulağı, gözü, əlləri və ayaqlarıyla işlətdiyi günahları tökülür. Əgər (dəstəmazdan sonra) oturarsa, bağışlanmış olaraq oturar”.(Əhməd, Hədis ? 21150)
”. Uşağa dəstəmazın mənəvi tərəfini öyrətməklə bərabər eyni zamanda dəstəmazın bədən və ruh təmizliyi olduğu da öyrədilməlidir.
2. Ata uşağa təmizlik, övrət yerlərini örtmə, qibləyə yönəlməyə aid namazın şərtlərini öyrətdiyi kimi eyni zamanda “Səmiallahu limən həmidəh” kimi həmd etmə, təşəhhüd, salavat və.s. dualardan da mümkün olan qədər əzbərlətməlidir.
3. Uşağa məsciddə olma ədəbi, məscidin Allahın evi olduğu və yaxşı insanların görüş yeri olduğu öyrədilməlidir. Məscidə getdikdə sürpiriz olmaması üçün orada necə ibadət ediləcəyi də öyrədilməlidir.
4. Uşaqla bərabər Cümə namazına getməli, Cümə namazı həftəlik bir fürsət bilinərək xüsusilə oğlan uşaqlarına paltar və gözəl ətirlər hədiyyə edilməlidir. Dəyişik məscidlərə və xütbəni uzatmayan imama qulaq asmağa aparmaqda, həmçinin böyük məscidlərə aparmaqda heç bir təhlükə və ya qəbahət yoxdur.
Ata Cümə namazını qılıb məsciddən çıxdıqdan sonra övladının xütbədən nə başa düşdüyünü öyrənmək məqsədiylə xütbənin mövzusundan söhbət etməlidir.
Əgər uşaq, oyun oynamağa və buna bənzər işlərə meylindən başqa, bilinən heç bir bəhanəsi olmadan Cüməyə gəlmək istəməsə, böyüyüb on yaşına çatdıqda Cümə namazının fəzilətini anlayıb və istəyərək özlüyündən Cümə namazına gedənə qədər övladını sərbəst buraxmasında bir təhlükə yoxdur.
Əbu Hüreyrə (r.a) də kiçik uşağı öz arzusuyla baş-başa qoymaqda heç bir problemin olmadığı fikrindədir. Buna görə də uşağın Cümə namazına gəlməsinə məcbur etmək olmaz. Rəvayət edildiyinə görə o, bir gün Cümə namazı üçün məscidə girir. Orada bir uşaq görür və ona: “Ey uşaq, get oyna!” deyir. Uşaq: “Mən məscidə gəlmişəm” deyir və Əbu Hüreyrə (r.a): “Ey uşaq get oyna!” deyir. Uşaq yenə də: “Mən məscidə gəlmişəm” deyir və oturur. İmam xütbəyə çıxdıqda uşaq deyir: “Mən getməliyəm” deyir. Bu rəvayətdə Əbu Hüreyrənin anlayışı və qabağı gürməsi açıqca görünür. Çünki uşağa dəstəmazını saxlama, imam xütbəyə çıxana qədər oynamadan uzun müddət oturma və imama qulaq asıb, namaz qılma kimi gücü çatmayan şeyləri yükləmir. Uşaq onsuzda bunlarla cavabdeh deyildir. Bu mövzuda uşağın xoşlamadığını və etmədiyini, uşağa sərt davranaraq ona məcbur etmək, böyüdükdə bunu yerinə yetirmək ona çətin olması və istənilən kimi yerinə yetirməməsi deməkdir.
Ata bu barədə sələf alimlərinə tabe olmalıdır. Belə ki, on yaşına çatmamış bir uşağa Cümə namazını fərz etməməlidir. Əksinə qorxutmadan təşviq etmə üsulunu mənimsəməlidir. Əgər uşaq Cümə namazına gələrsə, nə əla olar, gəlməzsə uşaq öz istəyinə buraxılmalıdır. Ta ki, on yaşına çatana və ya on yaşına yaxın vaxta qədər belə davranmalıdır. Bu yaşa gəldikdə məcbur etməlidir.
5. Ata uşaqların sevdiyi şeyləri namaza bağlamağa çalışmalıdır. Deyək ki, uşaqları gəzməyə aparacaqsa, bunun vaxtını namazlara bağlamalıdır. Məsələn: günorta namazını qıldıqdan sonraya, əsr namazını qıldıqdan sonraya bağlamalıdır. Bu, uşaqların sevdiyi şeylə bağlandığına görə bu namazları un utmadan vaxtında qılmalarına təşviq edəcəkdir. Ata uşaqları ilə olan bütün əyləncələrini namaz vaxtlarıyla nizamlamalıdır. Beləliklə uşaqlar vaxtın nizamını və namaz vaxtlarına görə dağılmağı öyrənmiş olarlar. Bununla bərabər bu cür əyləncələr bu namazların uşaqlar tərəfindən vaxtında qılınmasını da təmin etmiş olar. Yenə ata oğlunu, məsciddəki Quran öyrənmə yerlərindən dostlar seçsin deyə məsciddəki dərslərə apararaq ona məscidi sevdirə bilər.
6. Uşağın qılacağı ilk fərz namazda təbrik etmək. Uşaq yeddi yaşına çatdıqda, ana-ata bu fürsəti əldən verməməlidir. “Valadi” jurnalı 1991-ci ilin 1-ci sayında yeddi yaşına çatan uşaqlar üçün bir yığıncaq təşkil edən Səudiyyə Ərəbistanlı bir ailənin heykayəsini danışır. Bu mərasimə ailənin bütün fərdləri qoşulur. Mərasim isə nənənin namazın dindəki yeri və dinin dirəyi olmasını açıqlayan söhbətiylə başlayır. Sonra bu söhbəti dayının, uşaqları namaza vərdiş etdirmənin əhəmiyyətindən bəhs edən çıxışı təqib edir.
Ana bu mərasimin uşağın duyğularını hərəkətə gətirməkdə və namazlarını qoruma xüsusundakı arzusunu artırmada çox təsirli olduğunu açıqlayır. Ana-ata olaraq, uşaqlarının namazı qoruması üçün həyatında yeni bir mərhələyə girməsi münasibətiylə hazırlıq olmasından bənzərsiz duyğular hiss etdiklərini rəvayət edirlər.
7. Tərbiyədə mükafatlandırma üsulundan istifadə etmək (təşviq). Əgər uşağın qəlbində gözəl duyğular meydana gəlməsini istəyiriksə, onu vicdanən rahatlanmağa aparan xoş bir davranışda olduqda onu mükafatlandırmağa çalışmalıyıq. Mükafat, bəzən bir oyuncaq vermək, bəzən gözəl bir şirniyyat almaq, bəzən pul vermək kimi maddi bir şey ola bilər. Bəzən də uşağı sevindirəcək bir şəkildə onu tərifləmək, ona qarşı xoş təbəssüm etmək, etdiyi gözəl bir davranışa görə insanlar qarşısında iftixar etmək şəklində mənəvi də ola bilər.
Amma yaxşılığa doğru olan tərifdə həddini aşmaq islam ədəbinə uyğun deyildir. Həmçnin tərifdə həddini aşmamaq, islam tərbiyəsinin bir təlimatıdır. Bu səbəblə tərbiyəçi dəyərini itirməməsi və uşağı qürurlandırmaması üçün tərif ifadələrindən çox istifadə etməməlidir.
Eyni zamanda maddi mükafat, gələcəkdə uşağın ruhunda pis bir təsir buraxacaq şəkildə əsas məqsəd halına da gətirilməməlidir. Ancaq maddi və mənəvi mükafat ölçüdən kənara çıxmamalıdır.
8. Uşaqları namaza təşviq edəcək bəlli vasitələrdən bəziləri də bunlardır: Uşaqların otağına namaz vaxtlarını göstərən bir vərəq qoymaq. Beləcə uşaqlar hər namazdan sonra namaz qıldıqlarını göstərən bir izahla bu vərəqi doldurarlar. Əgər evdə yeddi yaşında bir neçə uşaq varsa, bu vərəqlə aralarında xeyirlə yarış müsaqibəsi də tədbiq oluna bilər. Vaxtında və camaatla namaza ən çox çalışanlara həftəlik mükafatları verilə bilər.
9. Belə də etmək olar. Uşaqlardan namaz vaxtlarını xatırladan, üzərində hərəkət edən əqrəbi olan kağızdan bir saat düzəldib evə asmalrı istənilə bilər.
10. Qız uşağı yeddi yaşına gəldikdə ona namaz vaxtları gəldikdə geyəcəyi bir paltar hədiyyə edilərək, namaza təşiq edilə bilər.
11. Bu mərhələdə heç nədən bezmədən uşağa namazı xatırlatmağımız və bu xüsusda onu izləmənin əhəmiyyətini vurğulamaq lazımdır. Bu mərhələni Allah Təala nisbətən uzun bir müddət etmişdir ki, ana ata uşaqlarına namazı və hökmlərini öyrətsin, uşaqları namaza vərdiş etdirsin və hər hansı bir əmr və istək olmadan, qəlbdən gələn bir istəklə namazlarını müntəzəm olaraq qılmaq üçün bütün yollara baş vursunlar.
12. Ana ata bu yaşlardakı uşaqlarına qarşı dayaqdan istifadə etməməlidirlər. Dayaq ancaq on yaşını keçdikdən sonra israr edib namaz qılmadıqlarında tədbiq oluna bilər.
13. Ailə gəzintilərində oğlan uşağı azan və iqaməyə vərdiş olunmalıdır. Yenə bu cür gəzintilərdə öz yaşıdlarına imamlıq etməyə də vərdiş oluna bilər.
14. Uşağı azan oxuyarkən, iqamə edərkən və dostlarıyla namaz qılarkən vidyo kamerayla çəkmək və vaxtlı vaxtında bu kaseti ailəyə seyr etdirmək.
Tarix: 07.05.2013 / 21:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 344 Bölmə: Maraqlı melumatlar