Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Peyğəmbərdən hədislər

Məhəmməd Peyğəmbərdən hədislər

1)" İslam beş əsas amil üzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq , zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək. "

2) " Siz böyük günahlardan çəkindikcə, beş namaz arası və cümədən cüməyə olan vaxt günahlarınız üçün kəffarədir. "

3) " Etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız. Səhər namazını qıldıqda isə günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, zöhr namazını qıldıqda isə günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, sonra əsr namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, məğrib namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, işa namazını qıldığınızda günahlarınız yuyulur. "

4) " Hər namaz vaxtı Allahın bir mələki belə çağırar: " Ey Adəm övladları! Qalxın öz əllərinizlə qaladığınız atəşi indi söndürün. "

5)" Müsəlman namaza durduğunda günahları başının üstündə olar. Hər dəfə səcdə etdiyində günahları tökülər və namazını bitirdiyində isə artıq günahları qalmaz. "

6)" Ey Allahın elçisi ! Əşhədu Ənlə İləhə İllallah və Əşhədu Ənnə Muhammədən Rəsulullah şəhadət kəliməsini desəm, beş vaxta namazımı qılsam, zəkatımı versəm, ramazan orucunu tutsam və ramazan ayını ibadətlə keçirsəm mən kimlərdənəm? "

Peyğəmbər (s.a.v) : Sən siddiqlərdən və şəhidlərdənsən cavabını verdi.

7) " Əgər bir müsəlman kamil dəstamaz alar və sonra namaza durar və namazını qılarsa, anadan olmuş uşaq kimi günahlardan təmiz olar. "

8) " Kim kamil dəstamaz alar və sonra iki rukət də namaz qılarsa , cənnət ona artıq vacib olmuşdur. "


Tarix: 06.06.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar
loading...