Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Fitnələr və onun sifətləri)

Beşinci fəsil: Fitnələr və onun sifətləri.

Əbu İdris əl-Xəvləni Hüzeyfə ibn əl-Yəmənin belə dediyini rəvayət edir “Allaha and olsun ki, mən özümlə qiyamət arasında olacaq hər fitnəni insanlardan ən yaxşı bilənəm. Məndə Peyğəmbərin (s.a.v) bu barədə mənə gizlicə bildirdiyi, məndən başqa heç bir kəsə söyləmədiyi bir sirdən başqa bir şey yoxdur. Lakin Peyğəmbər mənim də olduğum bir məclisdə fitnələrdən danışarkən söylədi. Peyğəmbər (s.a.v) fitnələri sayarkən belə dedi: “Onlardan üçü heç bir şey buraxmayacaqdır. Onlardan yaz küləyi kimi fitnələr vardır ki, bəziləri kiçik, bəziləri isə böyükdür.” Hüzeyfə belə buyurmuşdur: “Məndən başqa onların hamısı (ölüb) getmişdir.”


Hüzeyfə (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) aramızdan qalxdı, o məqamından qıyamətə qədər olacaq hər şeyi söylədi. Əzbərləyən əzbərlədi, unudan da unutdu. Onları mənim bu yoldaşlarım bildi. Mən onlardan bir şey unudanda, yoldaşımı görürəm və xatırlayaram. Necə ki, bir kişi digərindən ayrıldığı vaxt, onun üzünü xatırlayar, sonra gördüyü zaman isə onu tanıyır.”

Hüzeyfə (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) mənə qiyamət qopana qədər olacaq hər şeyi xəbər verdi. Onlardan elə bir şey yoxdur ki, mən ondan soruşmayım. Yalnız ondan: “Mədinəliləri Mədinədən nə çıxaracaq?” deyə soruşmadım.”

Əbu Zeyd (Amr ibn Axtab) (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) bizə sübh namazını qıldırdı və minbərə çıxaraq günorta vaxtı girənə qədər bizə xütbə oxudu. (Sonra) düşdü, namazı qıldı. Sonra (yenə) minbərə çıxdı və bizə əsr vaxtı gələnə qədər xütbə oxudu. Sonra düşərək namazı qıldı. Təkrar minbərə çıxdı Bizə günəş batana qədər xütbə oxudu. Artıq bizə olmuş və olacaq hər şeyi xəbər verdi. Bunları ən yaxşı bilənimiz, ən yaxşı əzbərləyənimizdir.”


Altıncı fəsil: Fitnələr və onları əzbərləyən haqda.

Muhəmməd Cundubun belə dediyini rəvayət edir: “Əl-Cərəa günü (oraya) 1 gəldim. Bir də baxdım ki, bir adam oturub. Mən ona: “Burada bu gün mütləq qan töküləcək!” dedim. O adam: “Allaha and olsun ki, xeyr (elə deyil)!” dedi. Mən: “Allaha and olsun ki, bəli (elədir)! “dedim. O: “Allaha and olsun ki, xeyr (elə deyil)!” dedi. Mən: “Allaha and olsun ki, bəli (elədir)!” dedim. O: “Allaha and olsun ki, xeyr (elə deyil)!” Bu Peyğəmbərin (s.a.v) mənə söylədiyi bir hədisidir.”dedi. Mən: “Bu gündən bəri sən nə pis yoldaşsan. Eşidirsən ki, sənə müxalif çıxıram. Madam ki, bunu Peyğəmbərdən (s.a.v) eşitdin, məni niyə qadağan etmirsən!” dedim. Sonra: “Bu qəzəblənmək nəyə görədir?” dedim və ona dönərək soruşdum. Bir də gördüm ki, o adam Hüzeyfədir.”


Tarix: 24.04.2013 / 21:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar
loading...